06.03.2023 [10:44] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Bir müddət əvvəl İran Təbrizdə fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzini bağlayıb. Məlumata görə, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dayandırmaqla yanaşı, onun üzvlərinə qarşı təzyiq və təqibləri də artırıb. Xatırladaq ki, Azərbaycan Respublikasında İran səfirliyinin Mədəniyyət Mərkəzi, habelə İranşünaslıq adı altında bir sıra mərkəzlər fəaliyyət göstərir.
“Milli Dirçəliş Hərakatı” partiyasının sədri Fərəc Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın Azərbaycandakı bütün mərkəzləri mütləq şəkildə bağlanmalıdır. O, hesab edir ki, İranın buradakı mərkəzləri, hücrələri bağalanarsa, İranın əli-qolu bağlanar. Çünki onlar da İranın alətidir. Fərəc Quliyevin fikrincə, İran İmperiyasının buradakı nökərlərini zərərziləşdirməklə, İranın buradakı təxribatının, təbliğatının qarşısını almaq mümkündür.
“Bu təkcə Güney Azərbaycanda baş verən hadisələrə görə deyil, ümumiyyətlə İranın institutlaşmış, Azərbaycana qarşı olan siyasəti olduğuna görə, addımlar atılmalı, mərkəzlər bağlanmalı, agentura şəbəkəsi aşkarlanmalı, zərərsizləşdirilməlidir. Güney Azərbaycanda Azərbaycanı tətqiq edən bir mərkəzi, Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dayandırmaqla İran heç nəyə nail ola bilməz. Orada doğru şüarlar verilir. Deyilir ki, “Təbriz Universitetinin hər şeyi Azərbaycanşünaslıq mərkəzidir”. Güney Azərbaycanın hər yeri Azərbaycanşünaslıq mərkəzidir. Ora bizim ana Vətənimizdir. Orada mədəniyyətimiz, tariximiz yaşayır və inkişaf edir. Bunun qarşısını almaq olmaz. 40 milyon Azərbaycan türkünün evi-eşiyi, zehniyyəti, düşüncəsi, fəaliyyəti Azərbaycançılıq məfkurəsini yaşatmağa bağlıdır. Bu səbəbdən belə hərəkətlər sadəcə Tehran rejiminin üzündəki maskanı yerə salır. Bu şəkildə Tehran rejiminin Azərbaycan sözünə qarşı, Azərbaycan türklərinin mədəniyyətinə qarşı, Quzey Azərbaycana qarşı münasibətinin nədən ibarət olduğu ortaya çıxır”-deyə Fərəc Quliyev əlavə edib. O, bildirib ki, Güney Azərbaycanda Azərbaycan türkünü illərdir ki, assimilyasiya etməyə cəhd edirlər. Anlamırlar ki, Azərbaycan türkləri orada milli azlıqlardan deyil, milli çoxluqdur. Azərbaycan türkləri həmin ərazilərin gerçək sahibidir.
Partiya sədri hesab edir ki, Güney Azərbaycanda zaman-zaman Azərbaycan sözünü götürməyə, sərhədlərini kiçiltməyə çalışdılar, iqtisadi inkişafının qarşısını aldılar.
“Hazırda Urmiya gölünün ətrafında ekoloji fəlakət yaradıb insanları didərgin salmağa çalışırlar. Xoyda zəlzələdən sonra yardım etməyib, insanların həmin ərazilərdən köçməsini istəyirlər. Hər şeydən istifadə edirlər. Amma nəticə olaraq, bütün imperiyalar kimi İran imperiyası da dizini yerə qoyacaq. Azərbaycan xalqı, Azərbaycan türkləri öz istiqlal bayrağını orada ucaldacaq”-deyən Fərəc Quliyev vurğulayıb ki, bunun qarşısı belə hərəkətlərlə Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dayandırmaqla, fəallarımızı həbs etməklə, ziyalılarımızı qorxutmağa çalışmaqla almaq mümkün deyil.
İradə Cəlil, Bizimyol.info

Bu xəbər oxucular tərəfindən 736 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |