26.01.2013 [12:11] - Diaspor
Azərbaycan ərazisinin 20%-nin işğal altında olması, 1 milyonluq qaçqın və məcburi köçkün məsələsi Amerika Birləşmiş Ştatlarınında Ağ Evin rəsmi dövlət saytında (https://petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt) elektron imza toplamaq üçün səsverməyə çıxarılıb.
Bu barədə Mirhəsən Seyidov məlumat verib.
O, qeyd edib ki, 22 fevral 2013-cü il tarixinədək 100.000 nəfərin elektron imzası toplanmış olsa, Amerika Konqresi bu məsələni müzakirəyə çıxaracaq:
“Ona görə də bu məsələdə hamının aktiv olması və səs verməsi vacibdir. Hamımız çox yaxşı bilirik ki Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan torpaqlarının Ermənistan silahlılarından qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnaməsi (822, 854, 874, 884) yerinə yetirilməyib”.
Bu səsvermə prosesi 3 mərhələdən ibarətdir.
İlkin olaraq saytda “Create an account” bölməsinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Bundan sonra qeyd etdiyiniz email ünvanına daxil olub sizə göndərilən linki təsdiqləmək, təsdiqlədikdən sonra “SİGN THİS PETİTİON” düyməsini sıxaraq SƏS vermək lazımdır.
Ulduz İBRAHİMOVA

Bu xəbər oxucular tərəfindən 1013 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |