07.03.2023 [12:43] - Hadisə
Neftçala və Salyan rayonları ərazisində Kür çayının quruması müşahidə olunur.
Çayın quruması nəticəsində Kürün aşağı axınında, o cümlədən çayətrafı kəndlərdə təsərrüfatların suvarılmasında problemlər yaranıb. Həmin ərazilərdə suvarma nasosları, həmçinin şəxsi təsərrüfatlarda istifadə olunan nasosların fəaliyyəti dayandırılıb.
Bu səbəbdən taxılın və bitkilərin yaz mövsümü suvarması çətinləşib. Hazırda Kür çayında qrunt və çirkab sular yaranıb, bu isə istifadə üçün yararlı deyil.
Qeyd edək ki, son vaxtlar Kürün suyun azalması ilə bağlı açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib ki, son illərdə çayın suyunun azalması, ilk növbədə, iqlim dəyişikliyi ilə bağlıdır: "İqlim dəyişikliyi 30 ildə çaylarımızda suyun 15% azalmasına səbəb olub. Bununla yanaşı, çayda suyun mövsümi azalması və çay suyundan istifadə də istisna edilmir. Qış ayları çayda ən az sulu dövr hesab olunur. Kür və Araz çaylarının suyundan həmişə istifadə olunub, indi də olunur. Bütün amillər birlikdə Kürün aşağı axınında suyun azalmasına gətirib çıxarır".
Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dağlıq ərazilərdəki bütün çayların hövzələrində qarölçmə işləri aparılır: “İlkin qiymətləndirməyə görə, qar ehtiyatları çoxdur. Artıq son iki gündə Kürün suyunda da artım müşahidə edilir. Ona görə, qısa zamanda Kür çayının aşağı axınında da suyun artmasına ümid edirik".

Bu xəbər oxucular tərəfindən 3808 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |