Şrift:
MN: Ordumuzun mövqelərini atəşə tutan Ermənistan silahlı bölmələrinə cavab atəşi açılıb
14.03.2023 [10:20] - Xəbərlər, Gündəm, Hərb
Müdafiə Nazirliyi Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı erməni mətbuatının yaydığı məlumatı şərh edib.

Müdafiə Nazirliyinin şərhində deyilir: “Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb.

Bundan sonra da bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək”.
Bu xəbər oxucular tərəfindən 1622 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed