15.03.2023 [11:29] - Hüquq
Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikintilər üzrə texniki-iqtisadi əsaslandırma (və smeta) sənədləri elektron formada hazırlanacaq.
B, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Eyni zamanda tikintiyə icazə üçün tələb olunan məlumatların şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin ediləcək.
Məlumatlandırma icraatı çərçivəsində təqdim olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi imkanları yaradılacaq. Tikinti layihəsi (o cümlədən onun bölmələri) də elektron formada hazırlanacaq.
Qanun layihəsi qəbul ediləcəyi halda bu tələblər 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

Bu xəbər oxucular tərəfindən 7826 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |