01.11.2011 [17:00] - Gündəm
GÜNEY AZƏRBAYCANLI 2 SİYASİ FƏALIN MƏHKƏMƏSİ KEÇİRİLDİ
Güney Azərbaycanın tanınmış iki siyasi və mədəni fəalının 31 oktyabr 2011-ci il tarixində məhkəməsi keçirilib.
Təbriz İnqilab məhkəməsi Ayət (Yürüş) Mehrəlibəylini və doktor Lətif Həsənlini ağır ittihamlarla günahlandırıb. İttihamları rejimin əleyhinə siyasi təbliğat aparmaq, GAMOH təşkilatın qeyri-qanuni şəkildə yaradıb idarə etmək, Milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək, Azərbaycan dövlətinin mənafeyi uğrunda bir neçə casusu bu dövlətə təklif etmək, Azərbaycan dövlətinə casusluq etmək, İranın dini rəhbəri Eli Xameniyə təhqirmaz ifadələr söyləməklərindən ibarətdir.
Qeyd edək ki, məhkəmədə müttəhimlər özlərini və GAMOH təşkilatını mudafiə edərək digər ittihamları kəskin surətdə qəbul etməyiblər.
Xatırladaq ki, bu 2 siyasi fəal 2010-cu ilin aprel ayında tutulub və 9 aya yaxın həbsdə qalıblar ki, onun da 8 ayın ağır işgəncələr altında ETTELAAT idarəsinin tək nəfərlik türmələrində keçiriblər. Sonra 100 min dolarlıq girov müqabilində azadlığa buraxılmışdılar.
Nəzərinizə çatdırırıq ki, Yürüş Mehrəlibəylinin bu ittihamlardan başqa daha iki ayrı ittiham ilə bir neçe ay öncə İran inqilab məhkəməsi bu siyasi fəalı bir neçə il öncə siyasi fəal Hadi Musəvinin evində gizli şəkildə saxlamaqla və onu qeyri-qanuni şəkildə Türkiyəyə qaçırtmaqla ittaham edib. Bu ittahamlara dair məhkəmə bu milli və siyasi fəalı bir il həbs cəzasına məhkum edib.
İran prezidenti Ermənistana səfər edəcək
İran prezidenti Mahmud Əhmədinejad Ermənistana səfər edəcək. Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran prezident administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Rza Fərahani “Mehr” agentliyinə açıqlamasında deyib. Səfər yaxın iki ay ərzində baş tutacaq.
M. R. Fərahani bildirib ki, səfər çərçivəsində regional inkişaf məsələləri müzakirə olunacaq, həmçinin bir sıra iqtisadi müqavilələr imzalanacaq.
Azərbaycanlı fəal Rza Əbri azadlılğa buraxılıb
Güney Azərbaycanlı fəal Rza Əbri oktyabrın 30-da (abanın 8-də) mülki vəsiqə qarşılığında Təbriz zindanından azadlığa buraxılıb.
Oktyabrın 15-i (mehrin 23-ü) Təbriz zindanından İmam Rza xəstəxanasına gətirilmiş Məhəmməd Əlimuradi ilə görüşdüyü zaman tutuqlanmışdı.
Təxminən 50000 dollarlıq (50 milyon tümənlik) mülki vəsiqə qarşılığında sərbəst buraxılan adını çəkdiyimiz azərbaycanlı fəal, olduqca ağır şəraitdə saxlanılıb və qeyri-insani bir şəkildə sorğu-suala tutulub.
O, hazırda Polis idarəsində əsgərdir.
Azərbaycanlı fəal Əhməd Riyazi hələdə Təbriz zindanında...
İftar mərasimi zamanı tutuqlanan azərbaycanlı öyrənci fəal Əhməd Riyazi Mübarəki hələdə Təbriz zindanında saxlanılır.
Riyazi Avqustun 24-i Təbrizin Qumtəpə məhəlləsində təxminən 30 nəfər milli-mədəni fəalla birlikdə tutuqlanıb və ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) təcridxanasına aparılıb. O, təxminən 1 ay ruhi-cismi işgəncədən sonra Təbrizin mərkəzi zindanına intiqal edilib.
Məmurlar, hazırda Təbriz zindanında mühakimə olmadan saxlanılan Riyazini yaxaladıqdan sonra. Onun ata evinə gedib və evdə axtarış aparıblar. Axtarış nəticəsində Riyaziyə aid kitablar, əlyazmalar və kompüter məmurlar tərəfindən zəbt edilib.
Bir qrup Azərbaycan Milli Hərəkatının öyrənci fəalları, adını çəkdiyimiz öyrənci fəala Afişa (puster) həsr edərək, onun və başqa azərbaycanlı fəalların dərhal azad edilməsini tələb edirlər.
SƏUDİYYƏ ƏRƏBİSTANI 150 İRAN ZƏVVARINI ÖLKƏDƏN QOVUB
Səudiyyə Ərəbistanı həcc ziyarəti üçün bu ölkəyə səfər edən 150 İran zəvvarını ölkədən qovub. Bu haqda məlumatı İran xarici işlər nazirinin parlament və konsulluq işləri üzrə müavini Həsən Qəşqavi oktyabrın 31-də jurnalistlərə açıqlamasında bəyan edib.
Səudiyyə Ərəbistanı Mədinə aeroportunda saxlanan bu şəxslərin ölkədən qovulmasını onların saxta vizalardan istifadə etməsi ilə əlaqələndirir. İranlı zəvvarlar isə vizaları Səudiyyə Ərəbistanının Məşhəd şəhərindəki konsulluğundan aldıqlarını bildirir.
Həsən Qəşqavi isə jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanından qovulan iranlı zəvvarların problemli vizalarından danışıb: “Bu zəvvarlar öz vizalarını İran Həcc və Zİyarət Təşkilatı vasitəsi ilə yox, özləri birbaşa Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğundan alıblar. Bu isə Mədinə aeroportunda onların kimliklərinin kompüterlə yoxlanılmasında problemlər yaradıb. Lakin bir məsələdə var ki, Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğunun həmin şəxslərə verdiyi vizalar kodsuz olub. Biz bunun səbəbini öyrənməyə çalışacağıq”.
Məlumatda bildirilir ki, Səudiyyə Ərəbistanından qovulan 150 iranlı zəvvar arasında adları açıqlanmayan 5 molla və tanınmış məddahlar Murtuza Tahiri və Möhsün Tahiri də var.
İRANDA 8 GÜN ƏVVƏL TUTULMUŞ BƏHAİ VƏTƏNDAŞLARIN TALEYİ NAMƏLUM QALIR
İranın Gilan əyalətinin mərkəzi Rəşt şəhərində 8 gün əvvəl tutulmuş bəhailər Şiva Kaşani Nejad, Susən Badəvam və Nadiya Əsədiyanın taleyi naməlum qalır.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Rəşt şöbəsinin əməkdaşları Şaiva Kaşani Nejad, Susən Badəvam və Nadiyə Əsədiyanı oktyabrın 23-də evlərində tutub aparıblar. Hər üç bəhainin evlərində axtarış aparılıb, onlara məxsus kompüterlər, CD-lər, bəhai dininə aid kitablar və bir sıra şəxsi əşyalar götürülüb. Tutulan bəhai qadınların konkret nədə günahlandırıldığı və hazırda harada saxlandığı bilinmir.
İRANIN SƏRHƏD KOMANDANI: “AZƏRBAYCAN SƏRHƏDÇİLƏRİNİN HƏRƏKƏTİNİ HEÇ NƏ İLƏ İZAH ETMƏK MÜMKÜN DEYİL”
İran hüquq mühafizə qüvvələrinin sərhəd komandanı Hüseyn Zülfüqari oktyabrın 31-də jurnalistlərə açıqlamasında iki həftə əvvəl İran-Azərbaycan sərhədində baş verən insidentdə ölən iranlı əsgərin işindən danışıb.
“Media forum” saytının məlumatına görə, Hüseyn Zülfüqari deyib: “Azərbaycan sərhədçilərinin əli ilə şəhid olan iranlı əsgərin işi üzrə aparılan araşdırılmalar göstərir ki, Azərbaycan sərhədçilərinin hərəkətini heç nə ilə izah etmək mümkün deyil. Çünki silahsız bir əsgəri hətta sərhədi pozsa da, qabaqdan və arxadan bir neçə güllə ilə vurmağa ehtiyac yoxdur. Bu iş bizim nəzərimizdə adi hal sayılmır. Vaxt olub biz bir azərbaycanlı əsgəri İran kəndlərində tutub onlara qaytarmışıq.
Əlbəttə, İranın təkidi ilə Azərbaycan tərəfi məsələni siyasi və hüquqi baxımdan araşdırır. Azərbaycanın sərhəd komandanlığı ilə İranın sərhəd komandanlığı arasında yaxşı münasibətlərin olduğunu nəzərə alaraq Azərbaycan tərəfindən gözlədiyimiz odur ki, bu hadisənin səbəbkarlarını tutub məhkəməyə cəlb etməklə İrana və bu əsgərin ailəsinə qənaətbəxş bir cavab versin”.
Oktyabrın 19-u saat 14 radələrində Biləsuvar rayonunda Azərbaycan-İran sərhədinin pozulması müşahidə edilib. Əraziyə əlavə sərhəd naryadı çıxarılıb və axtarış təşkil olunub. Dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb, sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq olunub. O, aldığı güllə yarasından xəstəxanada ölüb.
Oktyabrın 20-də Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Azərbaycan-İran sərhədindəki silahlı insidentlə bağlı rəsmi etiraz notası təqdim olunub. Etiraz notasında Azərbaycanın sərhəd qüvvələrinin beynəlxalq qaydalara, iki ölkə arasındakı qarşılıqlı razılaşmalara və dinc yanaşı yaşamaq üsuluna zidd davrandığı bildirilib və Azərbaycan Respublikası hökumətindən iranlı əsgərin öldürülməsində təqsirli bilinənlərin cəzalandırılması istənilib.
İranda ən böyük bank oğurluğu parlamentdə müzakirə olunub.
Noyabrın 1-də iqtisadiyyat naziri Seyid Şəmsəddin Hüseyninin impiçmenti məsələsinə baxılıb.
, Seyid Şəmsəddin Hüseyninin impiçment olunması layihəsini İran parlamentinin 21 deputatı irəli sürüb. Deputatlar iqtisadiyyat nazirini ölkə bankları və maliyyə qurumları ilə bağlı qanun pozuntularına yol verməkdə, vəzifəsinin öhdəsindən layiqincə gəlməməkdə, xəbərdarlıqlara baxmayaraq bankların fəaliyyətinə lazımı qədər nəzarət etməməkdə, səlahiyyəti olmayan bir sıra şəxsləri mühüm vəzifələrə qoymaqda və icra hakimiyyəti rəsmilərinin bankların işinə nüfuz etməsinə müqavimət göstərməməkdə günahlandırırlar.
İran mediasının məlumatına görə, İran prezidenti Mahmud Əhmədinejad və hökumətin digər bir neçə rəsmisi iqtisadiyyat nazirini müdafiə etmək üçün impiçment iclasına qatılıb. İclasın nəticələri haqda hələlik məlumat yoxdur.
2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, İran Milli Bankından və daha bir neçə bankdan 3 milyard dollar mənimsənib.
Oktyabrın 27-də jurnalistlərə açıqlama verən İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei bank oğurluğu ilə bağlı 33 nəfərin tutulduğunu bəyan edib.
İran Milli Bankının icraçı direktoru Mahmudrza Xavəri bu qalmaqala görə ötən ay istefaya gedib. Mahmudrza Xavərinin hazırda Kanadada olduğu bildirilir.
Mehdi Həmidi Şəfiqin hüquqi vəziyyəti hələdə qeyri-müəyyəndir
Təbriz zindanında saxlanılan Mehdi Həmidi Şəfiqin öyrənci dostları, ona olduqca maraqlı afişa (puster) həsr ediblər.
Avqustun 24-ü (şəhrivərin 2-i) iftar mərasimi zamanı Təbrizin Qumtəpə məhəlləsində təxminən 30 nəfərlə birlikdə tutuqlanan Mehdi Həmidi Şəfiq və daha bir neçə fəalın səhhətində ciddi problemlər yaranıb. Buna səbəb qanunsuz olaraq tutulmalarına qarşı aclıq aksiyasi (etisab-i ğəza) keçirmələri olub.
Mübariz Əhmədoğlu: “İranın şah rejimi dostlarını düzgün müəyyən edə bilmədiyi kimi, molla rejimi düşmənlərini düzgün müəyyənləşdirə bilmir”
“İranın şah rejimi qonşularındakı bütün müsəlman dövlətlərini inkar etmək, tanımamaq kursunu götürmüşdü. Müsəlman dövlətləri ilə olan münasibətlərin mahiyyəti isə sağlam deyildi”. APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur.
Politoloq fikrini əsaslandırmaq üçün müqayisəli təhlil aparıb: “Fikrimizi çatdırmaq üçün obrazlı şəkildə bir müqayisə aparaq: Colan təpələri Suriyanın əraziləridir və 1967-ci ildə İsrail tərəfindən işğal olunub. İsrailin 1967-ci ildəki işğalçılıq siyasətini, o cümlədən Colan təpələrinin işğalının maliyyələşməsinin əksər hissəsi İran tərəfindən həyata keçirilib. Şah rejiminin Suriyaya rəsmi münasibəti bəllidir. Eləcə də indiyədək İranın pulu hesabına Colan təpələri işğal altında qala-qala indiki molla rejiminin Suriyaya hamiliyi də göz qabağındadır. Bu gün ərəb dünyası İranı qəbul etmək istəmir, çünki o dövrdə İran qatı antiərəb siyasət aparıb. Başqa sözlə, o dövrdə İranın apardığı siyasətin də antiislam olduğu da bəllidir. İranın şah rejiminin qonşularına, islama qarşı tutduğu mövqeyin bir səbəbi var idi: İran islamı dinini və qonşularını rədd edərək ABŞ və İsraili özünə dost bilmişdi. ABŞ və İsrailin dostu olan şah rejiminin taleyi bəllidir. İran İslam Respublikası da dost-düşmən seçimi məsələsində aydın təsəvvürə malik deyil. İranda fəxr edirlər ki, ermənilər İran şiələri ilə birlikdə İraq şiələrinin qırılmasında iştirak ediblər. Bu, normal məntiqə sığmadığı kimi dini məntiqə də sıxışmır. İran əgər normal dini dövlətdirsə, dini meyar əsas götürülməlidir. Amma İranın ermənilərlə birlikdə İraq müsəlmanlarını qırması, İranda dini prinsipin deyil, vətəndaşlıq prinsipinin prioritet olduğunu göstərir. Vətəndaşlığın prioritet hesab olunması dünyəvi və demokratik hesab olunan dövlətlərə xasdır”.
Politoloq bildirib ki, ermənilərin İraqa qarşı vuruşması ilə fəxr etmək barədə bəyanatı təsadüfi adam deyil, İranın İtaliyadakı səfiri verib: “İndi İranın molla rejimi Azərbaycan Respublikasını özünə düşmən hesab edir. Antiazərbaycançılıq İranın təkcə daxili deyil, həm də xarici siyasətinə sirayət edib. Rəsmi Tehranın antiazərbaycançılığı özünü tələf etmə həddindədir. İran üçün ABŞ və İsrail bir nömrəli düşmən kimi bəyan edilsə də, reallıqda bir nömrəli düşmən kimi Azərbaycanı görürlər. Bu prizmadan Azərbaycan tək deyil, Türkiyə də İran üçün düşməndir. İranın düşmənçiliyinin subyektləri təkcə Azərbaycan və Türkiyə deyil. İranda İslam dinini, bütövlükdə İslam dünyasını o qədər də sevmirlər. Eləcə də İranın düşmənçiliyinin məziyyətləri də var. Məsələn, İran Azərbaycanla bağlı bütün subyektləri - Azərbaycan Respublikası, Azərbaycan xalqı və azərbaycanlıları özünə düşmən bilir. Azərbaycan Respublikasına düşmənçiliyini ermənilərə dəstək verməklə, süni dini təzyiqlər düzəltməklə nümayiş etdirir. Bununla yanaşı, onun ərazi bütövlüyünü şübhə altına alır. Azərbaycan xalqının tarixini, davranışını təhrif etmək İrandakıların ən sevimli peşəsidir. Amma bunlarına hamısından qat-qat çox Tehrandakılara azərbaycanlıları qırmaq, sıradan çıxarmaq ləzzət verir. Təbrizdə, Ərdəbildə, Urmiyada azərbaycanlıları güllələməyə bəhanə tapan kimi bir nəfərin yanına beşini də qoşub, güllələyir. Eləcə də Şimali Azərbaycanda və ya Azərbaycan Respublikasında saf əqidəli, mömin insanları özünə tərəf çəkərək, onların təmizliyindən istifadə edib, aldadır və Azərbaycan dövlətçiliyinə qarşı çıxmağa təhrik edir. Bu yolla da o adamlar cəzalandırılırlar, uzun müddətə həbsə salınırlar. İran üçün əziyyətdə olan azərbaycanlıların sayının çox olması vacibdir. Bunların Azərbaycanın şimalında və ya cənubunda olması onun üçün o qədər də vacib deyil”.
Politoloq deyib ki, İranın indiki rejimi də düşmənlərini düzgün müəyyənləşdirə bilmir: “İran Azərbaycan Respublikası və Türkiyəni düşmən bilsə də, Azərbaycan Respublikası və Türkiyə hələ ki, İranı düşmən qismində qəbul etmirlər. Azərbaycan Respublikası İranı düşmən kimi qəbul edən andan bu rejimin fəlakəti başlaya bilər. Bu dəfə də fəlakət, şah rejimində olduğu kimi təkcə molla rejimi ilə tükənməyəcək. İndiki fəlakət İran dövlətçiliyini də əhatə edə bilər”.
Urmu gölü problemi İsveç parlamentində müzakirə olunub
İsveç parlamenti Urmu gölü haqda dövləti aktiv fəaliyyətə çağırır. Təklif Yaşıllar Partiyasının parlamentdəki nüfuzlu millət vəkili xanim Bodil Ceballos tərəfindən hazrilanib. Xatırlamalıyıq ki Yaşıllar Partiyası ölkənin üçüncü ən böyük siyasi qüvvəsi hesab edilir. Kökündə bu İsveç Azərbaycan diasporunun tanınmış üzvü Yaşıllar Partiya və AZƏR cəmiyyətin üzvü Eyvaz Modabber bəyin tərəfindən irəli sürülən bir işdir.
Sənədə İsveç dövləti İran hakimiyyətindən ciddi şəkildə gölün qorumağı haqda tədbir tələbi vurqulanır. Eyni halda göl və azərbaycanlıların son etirazları haqda kifayyət qədər məlumat verilir.
İRANIN KEÇMİŞ NAZİRİ TUNİS İSLAMÇILARININ RƏHBƏRİNƏ MƏKTUB YAZIB: “BİZİM SƏHVLƏRİ TƏKRARLAMAYIN”
1979-cu ildə qurulmuş İran İslam Respublikasının ilk xarici işlər naziri, İranda rəsmi fəaliyyəti qadağan edilən Azadlıq Hərəkatı Partiyasının lideri İbrahim Yəzdi Tunis islamçılarını təmsil edən Ən-Nahda Partiyasının rəhbəri Raşid Əl-Qunnuşiyə məktub yazıb.
79 yaşlı İbrahim Yəzdinin başçılıq etdiyi Azadlıq Hərəkatı Partiyası mötədil islamçıların qurumu kimi tanınır. İranda bu partiyanın rəsmi fəaliyyətinə qadağa qoyulub.
Liberal görüşləri ilə tanınan İbrahim Yəzdi 1979-cu ildə islamçı tələbələr ABŞ səfirliyini ələ keçirib amerikalı diplomatları girov götürəndən sonra xarici işlər naziri vəzifəsindən istefa verib.
Oktyabrın 23-də Tunisdə keçid parlamentinə - Qurucu Məclisə keçirilən seçkidə Ən-Nahda (Dirçəliş) Partiyası qalib gəlib. Qələbədən sonra partiyanın baş katibi Həmadi Cebeyli baş nazir postunu tutmağa hazır olduğunu açıqlasa da, partiyanın lideri Rəşid Əl-Qənnuşi heç bir dövlət və hökumət vəzifəsi tutmaq niyyətində olmadığını bəyan edib.
Rəşid Əl-Qənnuşini seçkidəki qələbə münasibətilə təbrik edən İbrahim Yəzdi onu İran islamçılarının acı təcrübəsindən və yol verdikləri səhvlərdən dərs almağa çağırıb. O bildirib ki, müsəlmanlar daima hüquq və azadlıq uğrunda, xalqın hakimiyyəti uğrunda mübarizə aparıb istibdadı, diktatoru devirsələr də, müsəlman xalqlarının demokratiya təcrübəsi zəif olduğundan çox keçmir ki, onların devirdiyi diktatorun yerini bir başqa diktator gəlib tutur: “Bəli, biz mübarizə aparıb diktatoru devirsək də, istibdadın bir həyat tərzi kimi kökünü kəsib atmırıq. Biz İranda şahı devirdik. Lakin daxilimizdəki şah və tiranı məhv etməyi və ya onun şəxsiyyət və rəftarını düzgün məcraya yönəltməyi unutduq. Təkcə seçkidə qalib gəlməklə demokratiya qurmaq mümkün deyil. Demokratiyanın bərqərar olması üçün cəmiyyətdə plüralizm və tolerantlığı qəbul etmək, ona hörmətlə yanaşmaq lazımdır.
Tunisdə demokratiyanın kök salmasına, oturuşmasına çalışın. Siz seçicilərin əksəriyyətinin səsi ilə qalib gəlmisiniz. İndi üzərinizə böyük bir vəzifə düşür. Cəmiyyətinizdə siyasi əqidəsindən asılı olmayaraq müxtəlifliyi, rəngarəngliyi tanıyın və ona şərait yaradın. Arzu edirəm ki, Allah sizi bizim İranda etdiyimiz səhvlərdən saxlasın və Tunisin ərəb və müsəlman dünyasında demokratiyanın bərqərar olunması uğrunda qabaqcıl rol oynamasına kömək olsun. Bizim etdiyimiz səhvləri təkrarlamayın”.

Bu xəbər oxucular tərəfindən 1468 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |