Şrift:
Yunan-Roma güləşi üzrə millimiz tarixi uğura imza atıb
16.03.2023 [10:32] - Xəbərlər, Gündəm, İdman
Rumıniyanın Buxarest şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub. Qitə birinciliyinə məşqçilər Həsən Əliyev, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında tam heyətlə yollanan millimizin 4 üzvü fəxri kürsüyə qalxıb. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl Xasay Həsənli (77 kq) isə gümüş medal qazanıblar.

Toplamda 123 xal toplayan yığmamız komanda hesabında dördüncü yeri tutub. Millimiz ilk üçlükdə yer alan Türkiyə (127), Ukrayna (126) və Gürcüstandan (125) cüzi fərqlə geri qalıb. Buna baxmayaraq, medalların əyarına görə, 3 qızıl və 1 gümüş medalla məhz Azərbaycan ən yaxşı nəticəyə imza atan ölkə olub. Müqayisə üçün nəzərinizə çatdıraq ki, komanda hesabında çempion olan Türkiyə qızıl medalsız qalıb. Ukrayna və Gürcüstan isə bir qızıl medal əldə ediblər.

Qeyd edək ki, millimiz bu yarışda 2 rekordunu yeniləyib. Komandamız həm toplanan xallara, həm də medalların əyarına görə özünün ən yaxşı nəticəsini gerçəkləşdirib.
Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed