Şrift:
Asiya İnkişaf Bankı Azərbaycanda 120 milyon dollarlıq yeni proqrama start verməyə hazırlaşır
16.03.2023 [10:35] - Gündəm, İqtisadiyyat
Azərbaycanda iqtisadiyyatın diversifikasiyası sektorunun inkişafı üçün peşə təhsili və təliminin modernizasiyası proqramının 2023-cü ilin birinci yarısında təsdiq olunması planlaşdırılır.

Bu barədə müsahibəsində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan deyib.

Makdeyqanın sözlərinə görə, 2022-ci ildə AİB iqtisadiyyatın diversifikasiyası sektorunun inkişafı üçün modernizasiya proqramının hazırlığına 750 000 dollar dəyərində texniki yardım qrantını təsdiqləyib.

"Təklif edilən proqram Azərbaycan hökumətinin iqtisadiyyatın diversifikasiyası üzrə səylərini dəstəkləməyə yönəlib. Bu, peşə təhsili və təliminin ölkənin əmək bazarına və 4-cü sənaye inqilabına uyğunluğunu artırmaq yolu ilə əldə olunacaq",- o deyib.
Makdeyqan bildirib ki, proqram üçün 120 milyon dollar dəyərində borc və 30 milyon dollar dəyərində layihə borcu ayrılıb. Onun sözlərinə görə, bu, peşə təhsilini yaxşılaşdırmağa və daha inklüziv etməyə, keyfiyyəti və aktuallığı artırmağa, habelə onun institusional çərçivələrini möhkəmləndirməyə kömək edəcək.

Onun bildirdiyinə görə, proqramın yaxın gələcəkdə AİB-in Direktorlar Şurası tərəfindən təsdiqlənəcəyi gözlənilir.

Bu günədək AİB Azərbaycana dövlət sektoru üçün ümumilikdə 3,7 milyard dollar dəyərində 65 borc, qrant və texniki yardım ayırıb. Azərbaycana kreditlər üzrə toplam ödənişlər 3,93 milyard dollar təşkil edir. Bunlar müntəzəm və güzəştli adi kapital resursları hesabına maliyyələşdirilib. AİB-in Azərbaycanda cari suveren portfeli 856,8 milyon dollar dəyərində 2 kredit və 1 suveren təminat təşkil edir.
Bu xəbər oxucular tərəfindən 537 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed