Şrift:
İran Azərbaycana nələr edir?
28.01.2013 [10:41] - Güney Azərbaycan xəbərləri, DAVAMın yazıları
Başıbəlalı Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra elə düşünürdü ki, bu xalqın müstəqilliyinə nail olduğu üçün bir çox dünya ölkələri sevinəcək. 70 il əsarət altında qaldığı dövrlədə Azərbaycanın müsətəqil olmasına müxtəlif xarici qüvvələrin çalışdığı haqda dünya mediasında məlumatlar verilirdi. Lakin müstəqillikdən sonra məlum oldu ki, bu qüvvələr xaqlın müstəqilliyi üçün deyil sovetlərin zəifləməsi və sonda süqutu üçün çalışırmışlar. Onlar üçün Azərbaycanın müstəqil olub olmaması o qədər də maraqlı deyilmiş. Onların bu fkirdə olması müstəqillikdən sonra açıq aşkar biruzə verdi. Azərbaycan müsətəqillik əldə etdikədn dərhal sonra ölkəyə elə məhz qonşu dövlətlərdən missionerlərin axını start götürdü. Qonşu İran öz agenturasını din xadimləri cildində ölkə ərazisinə transfer etməklə dövrün gənclərini guya İslama dəvət edirlərmiş kimi dolayı yollarla Xomeyni İnqilabının reklamına və gələcəkdə Azərbaycan da da belə bir inqilabın reallaşdırmasını planlaşdırırdı. Ölkə ərazisində mövhumatçı dindarların bir tavan altına salmaqla onlara ilk növbədə fars dili ilə qarışılmış türkcədə moizələr edilir, hətta namaz ibadətindən sonra fars dilində dualar səsləndirərək bu dilin müqəddəsləşdirilməsinə nail olmağa çalışdılar. Elə hal-hazırda da İranın Qum, Məşhəd, Qəzvin şəhərlərində təhsil alan biz azərbaycanlı tələbələrə Ərəb dilindən daha çox Fars dili tədris olunmaqla bu dilin müqəddəs olduğu bildirilir. Maddi sahədə çətinlik çəkən gəncləri guya İslamın ali dərəcəsinə çatmaq üçün İranın müxtəlif şəhərlərindəki mədrəsələrə yerləşdirmək məqəsədi ilə saxta sənədlər düzəltməyə qədər yardım etmişdilər. O dövrdən 20 ilə yaxın bir dövr keçməsinə baxmayaraq həmin gənclərin əksəriyyəti İranda təhsil aldıqdan sonra müxtəlif vəzifələrə təyin olunub, İran siyasətinin təbliğatçıları rolunu oynamaqdadırlar.
İran siyasətinin Azərbaycanda təbliğ olunması məsələsi İrandan hələ o dövrlərdə gələn missioner Ocaq Nejad adlı şəxsə tapşırılıb. Bu şəxs İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin himayəsində olan “Hüseyniyyə” adlı məsciddə ətrafına xeyli sayda azərbaycanlı toplayaraq onlara dini moizələrlə yanaşı İslam İnqilabının tarixindən danışır, bununla yanaşı İslam dünyasında mövcud olan təriqətlərin ayrı seçkiliyindən təbliğatlar aparmaqdadır.
Əldə etdiyimiz informasiyalara görə Ocaq Nejad adlı bu şəxs ona İranda təhsil almış və vətənə dönmüş Azərbaycan vətəndaşları olan gənclərə hər ay İranın Ali dini rəhbəri Xamneyi tərəfindən ayırılmış maddi vəsaitlə də təmin etməkdədir. Əlbəttə ki, bu qədər gəncin maliyyələşdirilməsi məsələsi özü özülüyündə baş vermir. Çünki İranın qarşılıqsız maliyyə yardımı etməsi şübhə doğurmaya bilməz. əgər İran hər hansı bir maliyyə yardımı etmək niyyətindədirsə bəs bunu nə üçün rəsmi surətdə, açıq –aşkar, Azərbaycan dövlətinin də xəbəri olmaqla həyata keçirmir?
Bundan əlavə Qumda təhsil alan tələbələrə Azərbaycanın İrandakı səfirliyi ilə hər hansı bir əlaqələrin saxlanılması və ya prezident seçkiləri zamanı səfirlik vasitəsi ilə səsvermə prosseslərində iştirak etməyə imkan verilmir. Belə tələbələr arzuolunmaz tələbələr hesab edilərək tez bir zamanda uzaqlaşdırılırlar.
Azərbaycanlı tələbələr əsas etibarı ilə İranın Qum şəhərində təhsil alırlar. Mustafa adına Beynəlxalq İslam Akademiyası (Camiətol Mostafa) adı ilə tanınan bu mədrəsə tipli təhsil ocağında azərbaycanlılarla yanaşı dünyanın bir çox ölkələrindən tələbələr vardır. Burada dərslər yalnız fars dilində ke?irilir. Azərbaycandan gələn tələbələr təbi ki, ilkin vəqtlərdə fars dilini bilmədikləri üçün onlara ibtidadi dərsləri bu təhsil ocağının yuxarı kurs tələbələri olan Azərbaycanlılar keçirlər. Elə ilkin zamanlardan fars dilinin öyrətməklə yanaşı tələbələrə İran İslam İnqilabının mahiyyəti və onun digər ölkələrə inteqrasiya edilməsi, ABŞ, İsrail və bu ölkələrlə müttəfiq olan respublikaların kafir rejim olduğu aşılanmağa başlanır. Çox təssüfedici haldır ki, bu təbliğatda fars müəllimlərə yuxarı kurs azərbaycanlı tələbələr kömək edirlər. Azərbaycandan gələn tələbələrin beynlərinin yuyulması prossesində farslara kömək edən yuxarı kurs və ya artıq məzun olmuş azərbaycanlılara burada hər cür şərait yaradılaraq onlara “Beynəlxalq Əhlibeyt Təşkilatı” tərəfindən yüksək miqdarda maaş verilməkdədir. Onlar ev və avtomobillə təmin olunur, ölkə ərazisində onlar hər hansı bir problemlə qarşlaşmır, bir problem yarandığı həngamda rəsmi dairələr tərəfindən müdafiə olunurlar.
Belə şəxslərdən biri də İsgəndər Hüseynov adlı şəxsdir. Bu şəxs barədə Azərbaycan mətbuatı və televizyonlarında kifayət qədər məlumatlar verilib və bu şəxsin Azərbaycana daxil olması yasaqlanıbdır. Bu şəxsin “Etteelaat” la sıx əlaqələri olduqu üçün İranın Qum şəhərinə gələn azəri tələbələr ilk olaraq İsgəndər Hüseynovun iştirakı ilə ələkdən ke?irilir. Əgər bir tələbədə Azərbaycan siyasətinin lehinə, İran siyasətinin əleyhinə hər hansı bir fikir müşahidə olunarsa o təqdridə tələbə müxtəlif bəhanələrlə tədrisdən uzaqlaşdırılaraq geri göndərilir. Ələkdən ke?irilən tələbələr isə təhsilə davam etdirilir və yüksək ixtisaslı ruhani adı ilə casus hazırlanır.
“Camiətul Mustafa” dan məzun olar tələbələr yenə də Ettelaatın himayəsindən kənar qalmırlar..onlar təcrübə toplamaları üçün ilk növbədə dünyanın müxtəlif ölkələrinə göndərilir, orada müxtəlif təbliğatla məşğul olurlar. Bir neçə müddət sonra isə yenə də İranın maddi dəstəyi ilə Azərbaycanın müxtəlif məntəqələrinə yerləşdirilir və İslam təbliğatı adı altında Fars şovenizminin yerli əhaliyə çatdırırlar.
Bu məzunların əksəriyyəti dünyanın müxtəlif ölkələrindən internet vasitəsi ilə İranın dini və siyasi saytlarına məlumatlar göndərir, bu saytlar vasitəsi ilə yerlərdə ixtişaşlar yaratmağa çalışırlar. Bu fəaliyyət növü onlara təhsil aldıqları təhsil ocağında öyrədilir. İranın maraqlarına xidmət edən saytlardan biri də “haqyolu.com” adı ilə fəaliyyətdədir. Bu sayta daxil olsanız orada siz məzunların yazılarını və Azərbaycanda iğtişaş törətməyə cəhd olunan şüarlar görə bilərsiniz. Bu yazıları hazırlayanlar Qum şəhərində təhsil almış və hazırda Türkiyə və Orta Asiyaya bir neçə illiyə ezam edilmiş “ruhanilər” dirlər.
(ardı var)

Seyidov Rəhman (İran Qum şəhəri)
Bu xəbər oxucular tərəfindən 1181 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed