28.03.2023 [10:12] - Gündəm, Siyasət
Monteneqroda növbədənkənar parlament seçkiləri iyunun 11-də keçiriləcək.
Qərar hazırkı parlament çoxluğunun yeni hökuməti formalaşdıra bilməməsindən sonra qəbul olunub.
Xatırladaq ki, ötən həftə Monteneqro Prezidenti Milo Cukanoviç ölkə parlamentinin buraxıldığını elan edib.
Monteneqroda uzun müddətdir siyasi böhran davam edir. Belə ki, ölkədə yeni hökumətin formalaşdırılması üçün verilən müddət başa çatıb, hökuməti qurmaq öhdəliyi həvalə olunan keçmiş xarici işlər naziri Miodraq Lekiç lazımi dəstək ala bilməyib.
Baş nazir Dritan Abazoviçin rəhbərlik etdiyi hökumət ötən il avqustun 19-da parlamentdə keçirilən etimadsızlıq səsverməsi nəticəsində buraxılmışdı.
Nihad Budaqov

Bu xəbər oxucular tərəfindən 313 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |