Şrift:
Turan Strateji Araşdırmaları Mərkəzinin əsası qoyulub.
28.01.2013 [11:53] - Türk dünyası-Turan
Yanvar ayının 27-də bir qrup gənc araşdırmaçı və elm adamı tərəfindən Turan Strateji Araşdırmaları Mərkəzinin əsası qoyulub.

TURSAM adlanacaq bu təşkilatın sədrliyinə sabiq millət vəkili Gülər Əhmədovanın sabiq köməkçisi, gənc yazar və alim Əhməd Şahidov seçilib.

Bu barədə Davam.Az saytına Ə.Şahidov özü məlumat verib.

Müxbirimizlə söhbət zamanı TURSAM rəhbəri Əhməd Şahidov bildirib ki, son illər Türkiyə, Şimali Kipr, Qırğızıstan, Qazaxıstan və Cənubi Azərbaycana işgüzar səfərləri zamanı Türk coğrafiyasında tükənməz problemlərin olduğunun şahidi olub və bu problemlərin həlli istiqamətində aparılan işlərə öz töhfəsini vermək qərarına gəlib: “Biz TURSAM təşkilatını yaradarkən qarşımıza konkret məqsədlər qoymuşuq. Bütün dünyaya səpələnmiş türklərin tanıdılması, öz milli kimliyini unutmaqda olan Türk insanının yaddaşını təzələmək və babalarımızın bizə bir vəzifə olaraq qoyub getdiyi Böyük Turan ideyasının reallaşması üçün öz fikir və töhfələrimizi vermək baş məqsədlərimizdəndir. Təşkilatımızın adında da Turan ifadəsinin seçilməsi məhz bu istəkdən irəli gəlir. Düşünürəm ki, yeni yaradılmış Turan Strateji Araşdırmalar Mərkəzi qısa zaman ərzində bütün dünyadakı türklərin milli təşkilatına çevriləcək”.

Heç bir siyasi iddiaları olmayan TURSAM-ın gələcəkdə Azərbaycan da daxil olmaqla, digər Türk Cümhuriyyətlərində silsilə layihələr keçirəcəyini bildirən Əhməd Şahidov ilk böyük tədbirin 26 Fevral Xocalı soyqırımı günü keçiriləcəyini bildirib: “TURSAM olaraq, biz təkcə Türk coğrafiyasında deyil, habelə qonşu regionlarda, Rusiya, İran, Yaxın Şərq ölkələrində baş verən prosesləri yaxından izləyəcək və mütəmadi olaraq analizlərimizi, fikir və mövqelərimizi ortaya qoyacayıq”.
Bütün Türk dövlətlərində nümayəndələriklərinin yaradıldığını bildirən TURSAM sədri Əhməd Şahidov rəhbərlik etdiyi qurumun internet saytının (www.tursam.org) da fəaliyyət göstərdiyini bildirib.
Bu xəbər oxucular tərəfindən 1035 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed