Şrift:
Azərbaycanla İsrail arasında 200 milyon dollarlıq investisiya sənədi imzalanacaq
30.03.2023 [11:00] - Gündəm, İqtisadiyyat
Mən Azərbaycanla İsrail hökumətlərini və xalqını bu tarixi gün, bu mərhələyə çatmaq münasibətilə təbrik
Onun sözlərinə görə, Azərbaycanın İsraildə ilk dəfə səfirliyi münasibətlərimizdə vacib dönüş nöqtələrindən biridir.

"Səfirliyin açılması bizim indiyə qədər quruduğumuz bu dərin münasibətlərə də uyğun olacaq. Biz strateji, iqtisadi, mədəni sahələrdə və hökumətlər səviyyəsində bu əlaqələri qurmuşuq. Səfirliyin açılması münasibətlərimizdə yeni səhifənin başlanğıcıdır. Bu gün nazirlərimizin səmərəli görüşləri oldu. Onlar hədəflər müəyyənləşdirdi. Bizim xarici işlər nazirimiz cənab Kohen də vurğuladı ki, o İsraildən Azərbaycana səfər edən turistlərin sayının artmasını görmək istəyir. Bu gün bu rəqəm 50 mindirsə, gələcək illərdə bunun 150 minə çatmasını istəyirik", - səfir bildirib.

Diplomat qeyd edib ki, biz həmçinin ölkələrimiz arasında nazirliklər səviyyəsində müxtəlif məsələlər barədə, strateji məsələlər barədə strukturlaşdırılmış dialoqun formalaşmasını istəyirik.

"Gələn ay, yaxın iki həftədə cənab Kohen Bakıya səfər edəcək və hökumətlərarası birgə komissiyanın iclasında nazir Cabbarovla birgə iştirak edəcək. Bu iclasda iqtisadi əməkdaşlıq müzakirə olunacaq. Bu gün sizə açıqlamaq istəyirəm ki, imzalanacaq sənədlərdən biri maliyyə ilə bağlıdır ki, bu, 200 milyon dollar İsrail investisiyasının Azərbaycana gəlişini təmin edəcək. Bütün bunlar göstərir ki, biz münasibətlərimizdə yeni mərhələni qeyd edirik. Mən bu tarixi gündə iştirakdan çox qürur duyuram və inanıram ki, gələcəkdə birgə uğurlar əldə edəcəyik", - Corc Dik qeyd edib.
Bu xəbər oxucular tərəfindən 568 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed