Şrift:
Ceyhun Bayramov Qazaxıstanın yeni təyin olunmuş xarici işlər nazirini təbrik edib
04.04.2023 [10:35] - Siyasət
Aprelin 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikası Baş nazirinin yeni təyin olunmuş müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, həmkarını Qazaxıstan Respublikası Baş nazirinin müavini, xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edən nazir Ceyhun Bayramov ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan ilə Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazir Ceyhun Bayramov iki ölkə arasında dostluq, qardaşlıq və həmrəyliyə əsaslanan münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini bildirib.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 403 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed