Şrift:
NATO Rusiyanın nüvə mövqeyində cavab tələb edən dəyişiklik görmür
05.04.2023 [10:08] - Siyasət
NATO nüvə müharibəsinin qalibiyyət gətirməyəcəyini təsdiqləyir, həmçinin Rusiyanın nüvə mövqeyində cavab tələb edən dəyişiklik görmür.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. “Biz təsdiq etdik ki, nüvə müharibəsində qalib gəlmək mümkün deyil və o başlamamalıdır. Lakin NATO nüvə alyansı olmağa davam edir, bu bizim müdafiə və çəkindirmə gücümüzün orta hissəsidir. Əlbəttə, biz Moskvanın fəaliyyətini diqqətlə izləyirik, lakin Rusiyanın nüvə qüvvələrinin mövqeyində bizim mövqeyimizin dəyişməsini tələb edən dəyişiklik görmürük. Biz sayıqlığı qoruyuruq və alyansın təhlükəsizliyinin təmin olunması üçün lazımi addımlar atacağıq”, - deyə Yens Stoltenberq Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsi imkanları ilə bağlı suala cavab verərkən bildirib.

O, həmçinin Rusiya Prezidenti Vladimir Putini təhlükəli və şüursuz nüvə ritorikasında ittiham edib.

Qeyd edək ki, bir müddət öncə Rusiyanın dövlət başçısı Belarusun xahişi ilə orada taktiki nüvə silahı yerləşdirəcəyini deyib.
Bu xəbər oxucular tərəfindən 368 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed