Şrift:
Tacikistan Prezidenti: Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi malik olduğumuz potensiala uyğun deyil
06.04.2023 [10:25] - Gündəm, Siyasət
Ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələri ətraflı müzakirə etdik. Razılaşdıq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi tərəflərin malik olduğu potensiala uyğun deyil. Bununla əlaqədar əmtəə dövriyyəsinin artırılmasına dair təxirəsalınmaz tədbirlər görülməsi barədə razılığa gəldik.

Bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında deyib.

“Danışıqlar çərçivəsində biz investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətləri üzərində ayrıca dayandıq”, - deyə Tacikistan Prezidenti bildirib.
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed