Şrift:
Vatikanın məxfi arxivlərində saxlanılan Azərbaycana aid sənədlər ölkəyə gətiriləcək
01.11.2011 [17:09] - Xəbərlər
Vatikanın məxfi arxivində Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid 600-dək qiymətli sənəd var

Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlər ölkəyə gətiriləcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərov bildirib. Onun sözlərinə görə, Vatikanın məxfi arxivində Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid 600-dək qiymətli sənəd var: “Hazırda bu sənədlərin Azərbaycana gətirilməsi üçün danışıqlar aparılır. Onlardan bəziləri sifariş olunub və Azərbaycana gətirliləcək”.

F. Ələkbərov bildirib ki, Vatikanın Apostol kitabxanasında saxlanılan Azərbaycan ədəbiyyatına aid 60 əlyazmadan 40-nın CD variantı da artıq ölkəyə gətirilib və Əlyazmalar İnstitutuna təhvil verilib: “Qalan əsərlərin də ölkəyə gətirilməsi üçün danışıqlar aparılır. Həmin əsərlərin bəziləri restavrasiya olunacaq. Bundan sonra Azərbaycan alimləri həmin əsərlərin tədqiqatına başlayacaqlar”.
Bu xəbər oxucular tərəfindən 1240 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed