Şrift:
Valideyn İnkişaf Platforması (VİP) layihəsinə start verilib
11.04.2023 [10:13] - Gündəm, Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən yeni layihəyə - Valideyn İnkişaf Platforması (VİP) layihəsinə start verilib.

Agentlikdən bildirilib ki, layihənin məqsədi şagirdlərin ixtisas seçimi zamanı valideynləri ilə daha uğurlu ünsiyyət qurmalarını təmin etmək, onların müasir əmək bazarının tələbləri barədə məlumatlandırılması, öz maraq və meyillərinə uyğun sahələrə yönləndirilməsinə dəstək olmaqdır.

Valideyn İnkişaf Platformasına (VİP) qoşulmaqla valideynlər peşəkar spiker və təlimçilərdən dolğun məlumatlar əldə edəcək, əhatə dairələrini genişləndirəcək, tapşırıqlar üzərində işləyəcək və mentor dəstəyindən faydalana biləcəklər. Layihə başa çatdıqdan sonra 1 ay ərzində də valideynlərə mentor dəstəyinin göstərilməsi davam edəcək.

Layihə tamamilə ödənişsizdir. Onlayn formatda baş tutacaq platformaya seçilmiş pilot rayonlardan - Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən öyrəndiklərini öyrətməyə həvəsli, 6-cı sinifdən yuxarı yaşda övladı olan valideynlər müraciət edə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/UD6LcXkz6fevVyiY6
Bu xəbər oxucular tərəfindən 3910 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed