28.01.2013 [13:09] - Gündəm, Gənclik
Nicat Cəmilzadə
Vətən! Sənə nə qədər mahnılar, şeirlər, əsərlər, tablolar həsr olunub, amma bununla içimizdə sənə olan sevginin hamısını ifadə etmək mümkün olmayıb, yəqin ki, mümkün olmayacaq da... Sən elə bir tükənməz xəzinə və sevgi qaynağısan ki...
Sənə “sən” deyirəm, baxmayaraq ki, sən böyüksən, qədimsən tarix qədər, hörmətli və əzəmətlisən. Axı sən də bilirsən, bütün uşaqlar anasına “sən” deyir, nə qədər anasından kiçik və gücsüz olsa da... Mən də sənin kiçik və gücsüz övladınam axı... Gücsüzəm... Mən gücsüzəm... Amma sən də dərdlisən... Çiyinlərində əsrlərin qəm yükünü daşıyırsan, bu yükdən yorulmağın çox normal və anlaşılan... Sənin heç bir dərdinə dərman edə bilmirəm... Dərdli anasına kənardan baxıb, göz yaşlarını içinə axıdan körpə qədər gücsüz və çarəsizəm... Hər şeyə rəğmən ayaqdasan... Səni gözümdə ucaldan, bəlkə də bu dözümün...
Səni sevirəm, amma necə... Məsum bir uşağın anasına qollarını açıb: “Səni baaax bu boyda sevirəm.” deməsi qədər məsum və kiçik görünən böyük sevgi ilə...
Səni sevmək niyə ağrılıdı axı? Sən həmişə varsan, mövcudsan, amma sənə olan içimdəki eşqim mənə əzab verir, qəlbimi parçalayır. Çünki bilirəm ki, sən yaralısan... Sənə olan eşqim də yaralı. Bəlkə də, mənim sənə olan eşqim biri Güneydə, biri isə Quzeydə qalmış, ömrü boyu qovuşmağı arzulamış, lakin qəlblərində daşıdıqları qocaman eşq, həsrət və qübarla ölmüş aşiqlərin ruhunu daşıyır...
Özündə iki yara daşımağa məcbur edilmiş bir ürəyəm mən. İki yara, iki həsrət, iki dərd... Mənə dünya boyda gələn bu dərd yumruq boyda bir ürəyə necə sığır axı... Mən Qarabağ dərdi daşıyıram. Bu elə böyük ki... Atıb qurtulmaq istəyirəm, alınmır, bacarmıram... Sonra onu atmaq istəyimdən də utanıram. Axı necə olsa, o dərd mənimdir... Dərd olmamışdan öncə Qarabağ mənim idi, Qarabağ mənim özüm idi, “daxili mən”im idi. Onu atmaq özümə xəyanət olmazmı?! Yox, mən özümə də, dərdimə də xəyanət edə bilmərəm! Həm də təkcə “Qarabağ ” sözü içimi sızlatmağa yetirsə, ondan qurtulmağa çalışmaq anlamsız...
Biz Qarabağ münaqişəsinin ən qızğın dövrünün uşaqlarıyıq. Məkan olaraq harada doğulmağımızdan asılı olmayaraq, BİZ QARABAĞLIYIQ! Bizim böyük əksəriyyətimiz, bəlkə də, savaşın qızğın dövrünü görmədik. Amma əminəm ki, istər sərhəd bölgələrində, istər böyük şəhərlərdə bütün uşaqlar o dərdi hiss edirdi. Necə də hiss etməsin axı?! Hər evdə Qarabağ haqqında söhbətlər getdiyi, kiminin atası, kiminin əmisi, dayısı, qardaşı müharibəyə getdiyi halda əksi mümkün deyildi. Silah səsinə səksənən körpələr... O körpələr böyüdü, barıt qoxusu ilə həyatdan ilk qidalarını alan o körpələr indi Azərbaycan ordusunun əsgərləri...
Mən o torpaqları heç vaxt görməmişəm. Amma Qarabağdan, işğal altında olan o torpaqlardan danışanda bir qəhərin boğazımda düyünləndiyini, bəzən isə nəfəsimin çatışmadığını hiss edirəm. Bu qəhərin adı dərd... Bu qəhərin adı darıxmaq... Bəli, darıxmaq... Mən görmədiyim yurdum üçün darıxıram... Bəzən özümü o torpaqlarda hiss edirəm... Ata-babalarımın gəzdiyi torpaqlarda... Xəyalən Qarabağı dolaşıram, əlimdə Azərbaycan bayrağı o düzlərdə özgürcə, qorxusuzca qaçıram... Amma xəyallar tez bir zamanda dağılır və mən yenə də Qarabağsız olduğumun acı həqiqəti ilə təkrar üzləşməli oluram...
İki dərdi var Azərbaycan adlı ananın. Bir dərdi Qarabağdırsa, o biri dərdinin, həsrətinin adı Təbriz... Təbriz... Tarix qədər qədim şəhərim... Sən nə dərdlərə şahid olmadın ki... Gah Vətən yolunda ölən oğullarına yas saxladın, gah qanlı döyüşlər meydanı oldun, bu gün isə öz dilində danışmaq belə qadağan edilmiş övladlarına baxıb köks ötürürsən. Bəzən mənə elə gəlir ki, sən demək həsrət demək. Həsrət səninlə o qədər bütövləşib ki, sanki sən şəhər olmağı unudub həsrət olmusan. Səni hər xatırladıqca sənin didərgin oğlun Söhrab Tahirin “İki bölünməkdən elə qorxmuşam, Çöpü də ikiyə bölmərəm daha...” misralarını xatırlayıram... İki bölünmüş Azərbaycanın yorğun gözəli Təbrizim!
İki bölünmək yazıldı Azərbaycanın taleyinə. Həm də heç ona sorulmadan, fikri alınmadan, xəbərsizcə... Vəhşicə ayırdılar ananı baladan, qardaşı qardaşdan, sevəni sevdiyindən... Həsrətlə, gözləri övlad yolunda öldü analar. Həsrətlə baxdı yollara yol gözləyən gözlər, bəlkə sevdiklərindən bir xəbər, heç deyilsə bir məktub gələr deyə...Amma boşuna idi o özləmlər, o gözləmlər... Yollar bomboş idi. Həsrətə dözməyən naləli ürəklər Arazı günahlandırdı... İkiyə bölünmüş bir millətin göz dağına çevrildi Araz. Analar Arazı qarğadı onu övladından ayırıb deyə, sevənlər sevdiyindən ayırıb deyə. Qanlı göz yaşları Araza qarışdı. İllərlə özündə göz yaşı daşıdı Araz və hələ də daşımaqda... Rejimlər dəyişdi, amma həsrət yenə bitmədi, bu gün yenə davam edir. Yenə məhrumiyyətlər, yenə həsrət...
Amma inanıram ki, hər şeyə rəğmən Azərbaycanın dərdləri bitəcək bir gün. O gün uzaqda deyil. O gün gəldiyində qanadları qoparılmış qoca qartalın yaraları qaysaq bağlamağa başlayacaq. Bəlkə sızıltılar olacaq, amma övladları yanında olanda bütün analar ağrılarını unutduğu kimi, Azərbaycan da ağrılarını unudub, bir zamanlar pərən-pərən olmuş övladlarını yanında görməyin xoşbəxtliyini yaşayacaq. Biz Bütöv Azərbaycanı qapsayan bir şanlı bayraq altında Bütöv Azərbaycanın azad vətəndaşları olacağıq!

Bu xəbər oxucular tərəfindən 1289 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |