11.04.2023 [10:17] - Gündəm, Siyasət
Aprelin 10-da Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Fərid Hacıyev Prezident İlham Əliyevin arxiv işinə həmişə böyük diqqət və qayğı göstərməsindən söz açıb. O, Prezidentin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın arxiv işi sahəsində həyata keçirilən islahatların davamlılığının təmin olunmasında, arxiv fəaliyyətinin yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsində, cəmiyyətdə arxiv işinin rolunun və arxivçi peşəsinin nüfuzunun artırılmasında əhəmiyyətindən danışıb.
Dövlət proqramında Azərbaycanın milli sərvəti olan arxiv fondunun zənginləşdirilməsi, sistemləşdirilməsi, dövlət mühafizəsi və arxivlərdən səmərəli istifadəni təmin etmək üçün qarşıya qoyulan vəzifələrə toxunan Milli Məclis Aparatının rəhbəri sənəddə arxiv işi sahəsinə dövlət nəzarətinin gücləndirilməsi və səmərəli idarəetmənin təşkili məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinin nəzərdə tutulduğunu deyib.
F.Hacıyev son illər Milli Məclisdə arxiv işinin modernləşdirilməsi, informasiya potensialının zənginləşdirilməsi ilə bağlı görülən işlərdən söz açıb.
Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov son illər dövlət arxivlərində saxlanılan sənədlərdən daha səmərəli istifadə, yeni elektron xidmətlərin yaradılması, müasir iş metodlarının tətbiqi istiqamətində böyük işlər görüldüyünü bildirib. O, dövlət arxivinin komplektləşdirilməsinin mühüm mənbəyi olan Milli Məclislə əməkdaşlığı yeni səviyyədə davam etdirməkdən məmnunluğunu bildirib.
Sonra Milli Məclis Aparatı ilə Milli Arxiv İdarəsi arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Milli Məclis adından Aparat rəhbəri Fərid Hacıyev, Milli Arxiv İdarəsi adından isə Əsgər Rəsulov imzalayıblar.

Bu xəbər oxucular tərəfindən 374 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |