28.01.2013 [13:12] - Xəbərlər, Türk dünyası-Turan
Rusiyanın tərkibindəki Tatarıstan Respublikasının ali qanunverici orqanı Məclis tatar dilinin latın əlifbasına qayıtması barədə xəbər verib. Qərara əsasən, tatar dilində latın əlifbası ilə yazılan məktublar dövlət idarələrində qəbul edilməyib və dövlət məmurları həmin məktubları latın əlifbası ilə yazılmış cavablar verməlidirlər.
1994-cü ildə Tatar Məclisi tatar dilinin latın əlifbasına keməsi barədə qərar vermişdi. Lakin qeyri-tatar əhali və tatarların müəyyən hissəsi bu qərardan Rusiya Konstitusiya Məhkəməsinə şikayət etmişdilər. Rusiya Konstitusiya Məhkəməsi tərəfindən tatar dilinin latın əlifbasına keçməsi barədə qanun layihəsi ləğv edilmişdir. Belə ki, 2002-ci ildə Rusiya Duması “kiril əlifbasından uzaqlaşma federal əlaqələrin zəifləməsinə səbəb olacaq” bəhanəsi ilə Rusiyada yalnız kiril əlifbasınnı işlədilməsi barədə qərar qəbul etdi. Bunun ardınca Tatarıstan Ali Məhkəməsi latın əlifbasına keçid barədə qərarı ləğv etmişdi.
İslamı qəbul etmiş tatarlar orta əsrlərdə ərəb əlfibasından istifadə etmişlər. 1927-1939-cu illər arasında Tatarıstanda latın əlifbasından istifadə olunurdu. 1939-cu ildə isə keçmiş SSRİ-nin türk regionlarında olduğu kimi, Tatarıstanda da latın əlifbası qadağan olundu və rus-kirill əlifbasından istifadəyə keçildi.
Ötən ilin dekabrın son həftəsində Tatarıstan Məclisi yenidən latın əlifbasına keçid barədə qanun layihəsini müzakirəyə çıxardı. Qızğın müzakirələrdən sonra səsverməyə çıxarılmış qanun layihəsinin leyhinə 62, əleyhinə 18 millət vəkili səs verdi. Beləlilklə, Tatarıstanda latın əlifbası kirill əlifbası ilə paralel olaraq işlənmə hüququnu qazandı. Diqqəti çəkən məsələ o idi ki, latın və ərəb əlifbasının işlədilməsi tərəfdarı olan deputatlar öz çıxışlarında bu əlifbaların xaricdə yaşayan tatarlarla əlaqələrin saxlanılması vacibliyini əsas gətirirdilər.
Rusiya mediasına qəbul olunmuş qərar barədə açıqlama verən Tatarıstan Məclisinin başçısı Fərid Muhamedşin bildirdi ki, bundan sonra ölkə ərazisində latın əlifbası kirill əlifbası ilə paralel işləyəcək, latın əlifbası tatarların beynəlxalq əlaqələr sahəsində uğurları üçün bir zəmindir.
Tural Bəytürk
“Millətçilik” qəzeti

Bu xəbər oxucular tərəfindən 1450 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |