Şrift:
Ağ Evin saytında ABŞ Prezidentinə Xocalı faciəsi qurbanlarının anım gününün elan edilməsi barədə çağırış dərc edilib
29.01.2013 [09:56] - Gündəm, Mədəniyyət
Ağ Evin saytında ictimai təşəbbüslər bölümündə ABŞ Prezidenti Barak Obamaya Xocalı hərbi cinayəti qurbanlarının anım gününün elan edilməsi haqqında çağırış ərizəsi dərc olunub.

"Fevralın 26-da bir qrup Azərbaycan əsilli amerikalılar və Azərbaycanın ABŞ-da yaşayan dostları 1990-cı illərin ən dəhşətli cinayətlərindən biri və 20-ci əsrin ikinci yarısında keçmiş SSRİ hakimiyyətinin ən irimiqyaslı hərbi cinayətlərindən biri olan Xocalı soyqırımının 21-ci ildönümünü qed edəcək", - ərizədə deyilir.

Ərizədə bildirilir ki, insanlığa qarşı bu cinayət Ermənistanın dövlət başçısı tərəfindən törədilib və etiraf edilib. Bir sıra ölkələr, habelə ABŞ-ın Massaçusets, Men, Texas və Nyu-Cersi ştatları Xocalı soyqırımına həsr edilmiş qətnamə və proklamasiyalar qəbul edib.

"Bu faciənin 21-ci ildönümü ərəfəsində bir qrup Azərbaycan mənşəli amerikalı və bütün ölkədə və dünyada yaşayan dostlarımızın adından Sizdən Xocalı qətliamına və onun qurbanlarına həsr edilmiş prezident proklamasiyasının alınması üçün kömək etməyinizi xahiş edirik", - müraciətdə deyilir.
Bu xəbər oxucular tərəfindən 865 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed