12.04.2023 [10:08] - Gündəm, Türk dünyası-Turan
Bəşəriyyət güc balansının dəyişdiyi kritik bir dövr yaşayır. Genişmiqyaslı geosiyasi transformasiyalar və risklər fonunda Türkiyə güclü və birlik içində olmalıdır.
Bunu çərşənbə axşamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ədoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının toplantısında çıxışı zamanı deyib.
""Türkiyənin yüzilliyi" konsepsiyası təkcə Türkiyə xalqının özü üçün deyil, həm də Türkiyənin İslam və türk dünyasındakı bütün dostları üçün vacibdir: Balkanlardan Qafqaza, Asiyadan Afrikaya. Çünki Türkiyə 780 min kv.m. ərazidən və 85 milyon vətəndaşdan çox-çox artıqdır. Ölkəmizin dünyadaki hər bir dostu, böyük Türkiyənin bir parçasıdır!", - deyə R.T.Ərdoğan bildirib.
Türkiyə liderinin sözlərinə görə, koronavirus pandemiyası bütün dünyaya səhiyyə sisteminin və dövlət idarəçiliyinin zəifliyini nümayiş etdirib, ziddiyyətləri və problemləri dərinləşdirib. Ukraynadakı müharibə fonunda böhran daha da pisləşib.
R.T.Ərdoğan qeyd edib ki, Türkiyənin səyləri və Rusiya Federasiyası və Ukrayna ilə fəal təmasları sayəsində sülh perspektivləri hələ də gündəmdədir. "Ankaranın fəal səyləri sayəsində konkret irəliləyişə nail olmaq mümkün olub. Əsirlərin mübadiləsi və taxıl sazişi buna əyani sübutdur", - deyə Türkiyə Prezidenti bildirib.
Onun sözlərinə görə, Türkiyə effektiv diplomatiyanı davam etdirir və bu, bir çox sahələrdə real nəticələr əldə etməyə imkan verir.
Ətraflı
R.T.Ərdoğan güclü Türkiyə yolunda atılan hər yeni addımın böyük çətinliklə atıldığını vurğulayıb. "Biz dünyaya göstərdik ki, biz lazım gələrsə, yerdə vəziyyəti dəyişən bir amilik. Buna çoxlu misallar gətirmək olar: Şərqi Aralıq dənizindən tutmuş Türkiyənin cənub sərhədləri yaxınlığındakı vəziyyətə, Qara dənizdən tutmuş Qafqaza qədər", - deyə Ərdoğan qeyd edib.
O diqqəti son onilliklərdə, o cümlədən müdafiə kompleksi, nəqliyyat və infrastruktur sahələrində əldə olunan nailiyyətlərə də yönəldib.
"Müasir Türkiyə özü yerli təyyarə və avtomobil istehsal edir. Bir gün əvvəl Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı olan TCG Anadolu desant gəmisi istifadəyə verildi ki, onun göyərtəsində Türkiyənin pilotsuz uçuş aparatları Kızılelma və Bayraktar TB-3 yerləşdirilib. Bütün bunlar stereotipləri sındırmaqla, Türkiyəni fərqli qəbul etməyə məcbur etməklə əldə edilib. Bizim edə bildiyimiz əsas inqilab insanların şüurunda baş verib", - deyə R.T.Ərdoğan bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, Ankaranın BMT strukturunda islahatlarla bağlı çağırışı dünyada getdikcə daha çox əksini tapır. "Daha çox ölkə təkrar edir: "Dünya 5-dən çoxdur" (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri – red.)", - deyə o bildirib.

Bu xəbər oxucular tərəfindən 1276 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |