12.04.2023 [10:17] - Gündəm, Siyasət
Rusiyanın Strateji Raket Qüvvələri qitələrarası ballistik raketi sınaqdan keçirib.
Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyindən bildirilib.
Həştərxan vilayətindəki "Kapustin Yar" poliqonundan buraxılan raket Qazaxıstanın "Sarı-Naqan" poliqonunda şərti hədəfi vurub.
“2023-cü il aprelin 11-də Strateji Raket Qüvvələrinin döyüş heyəti Həştərxan vilayətindəki "Kapustin Yar" dövlət mərkəzi poliqonundan yerüstü mobil raket sisteminin qitələrarası ballistik raketini uğurla buraxıb”, - Rusiya Müdafiə Nazirliyi bildirir. İdarənin məlumatına görə, bu sınaqlar qitələrarası ballistik raketin hazırlanmasında istifadə edilən texniki həllərin düzgünlüyünü təsdiqləyib.
Xatırladaq ki, Rusiya və Qazaxıstan arasındakı razılaşmalara əsasən Moskva mütəmadi olaraq belə raket sınaqlarını həyata keçirir. Hətta bir sıra halllarda raketlər Qazaxıstanın "Sarı-Naqan" poliqonundan da buraxılır. Lakin bəzən Rusiya poliqonlarından atılan raketlər səhvən(?) Qazaxıstanın yaşayış məntəqələrinə də düşür. Məsələn, 2020-ci il yanvarın 13-də Rusiya ordusunun Həştərxan vilayətindəki "Kapustin Yar" poliqonundan atdığı “İsgəndər-M” ballistik raketi səhvən(?) Qazaxıstanın Aqtöbe şəhərində boş əraziyə düşüb...

Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |