Şrift:
Azərbaycanlı fəal Hamid Məlikabadi 6 ay həbs cəzasına məhkum edildi
29.01.2013 [10:41] - Güney Azərbaycan xəbərləri
Sarab şəhərinin inqilab məhkəməsi azərbaycanlı fəal Hamid Məlikabadini 6 ay həbs cəzasına məhkum edib.


Hakim Xatiri milli-mədəni fəalı sistemin əleyhinə təbliğdə ittiham edib.


Sarab Azad Universitetinin öyrəncisi Hamid Məlikabadi 2012-ci il iyulun 29-da ETTELAAT məmurları tərəfindən öz ata evində tutuqlanıb və öz dostu Babək Bəqayi ilə birlikdə Sarabın ETTELAAT idarəsində bir neçə gün saxlanılıb və işgəncələr altında sorğu-suala tutulub. Sonra isə Sarab prokurorunun (dadistan) göstərişi əsasında Təbriz ETTELAATına intiqal edilib. O, hazırda 50 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlıqdadır.


Adını çəkdiyimiz azərbaycanlı fəalın tutuqlanması Sarab şəhərinin milli-mədəni fəallarına qarşı təzyiqlər sırasında baş verib. Hazırda Sarabda tutuqlanmış 10 nəfər azərbaycanlı fəalın məhkəmə prosesi keçməkdədir.
Bu xəbər oxucular tərəfindən 820 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed