Şrift:
Sülh müqaviləsi imzalanmalı və Zəngəzur dəhlizinin inşasına başlamaq lazımdır - Çavuşoğlu
14.04.2023 [10:21] - Türk dünyası-Turan
Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalanmalı və Zəngəzur dəhlizinin inşasına başlamaq lazımdır

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Türk” kanalına müsahibəsində bildirib.

"Ermənistan-Azərbaycan arasında iki gün öncə təəssüfki yenə bir gərginlik yaşandı. Ermənistanın fərqli yollarla sızmağa, silah göndərməyə çalışdığı müşahidə edilir. Bu gərginlikləri kənara qoyub əhatəli sülh müqaviləsi imzalanmalı və Zəngəzur dəhlizinin inşasına başlamaq lazımdır. Bu Ermənistanın da xeyrinədir. İran vasitəsilə Azərbaycandan Naxçıvana bir yolun qurulması fikir var və biz bunu da dəstəkləyirik, çünki hər zaman alternativlər lazımdır", - deyə M. Çavuşoğlu əlavə edib.
Bu xəbər oxucular tərəfindən 1243 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed