Şrift:
Son günlərdə həbs olunan Güney azərbaycanlı fəaldan yeni xəbər
29.01.2013 [11:12] - Güney Azərbaycan xəbərləri
2013-cü il yanvar 20-də Təbrizin 42 metr məhəlləsində tutuqlanan azərbaycanlı fəal Cavid Nəzmidən yeni xəbər var.


Hakim Haşimzadə azərbaycanlı fəalı ölkə təhlükəsizliyinin əleyhinə cəhd görtərməkdə günahlandırıb. Hakim Nəzminin ailəsinə bildirib ki, bir həftə sonra müraciət edin. Mürtaciətdən sonra müttəhimin mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılması vəya bunun mümkün olmamasi bəlli olacaq.


Bu xəbər azərbaycanlı fəalın qohumlarının birisi tərəfindən təsduqlənib.


Xatırladaq ki, məmurlar adını çəkdiyimiz fəalı yaxaladıqları zaman, onun evinə müraciət edib və evdə axtarış aparıblar. Axtarış nəticəsində kompüter keysi də məmurlar tərəfindən götürülüb və azərbaycanlı fəalla birlikdə Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə aparılıb.
Bu xəbər oxucular tərəfindən 965 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed