Şrift:
Bu gün Azərbaycanda COVID-19 infeksiyasına 66 yoluxma faktı qeydə alınıb
17.04.2023 [09:55] - Sağlıq
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 66 yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 830 min 846 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 153 nəfər müalicə olunaraq sağalıb, 10 min 213 nəfər vəfat edib. Aktiv xəstə sayı 480 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 838, bu günə qədər isə ümumilikdə 7 milyon 576 min 355 test icra olunub.
Bu xəbər oxucular tərəfindən 6607 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed