Şrift:
Elman Nuri və Mahmud Fəzlinin məhkəmə iclası fevralın 19-da keçiriləcək
29.01.2013 [11:42] - Güney Azərbaycan xəbərləri
Tanınmış azərbaycanlı fəallar Elman Nuri və Mahmud Fəzlinin birinci məhkəmə iclası keçən 1-ci gün Təbrizin Apelyasiya Məhkəməsinin (dadqah-i təcdide nəzər) 4-cü şöbəsində hakim Xubyarpurun sədrliyi ilə keçirilib. Məhkəmənin keçirildiyi gün Mahmud Fəzli ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin təcridxanasında saxlanıldığı üçün, o məhkəmə iclasında iştirak edə bilməyib. Məhz bu səbəbdən yekun məhkəmə iclası fevralın 19-da təyin edilib.


Mahmud Fəzli Təbriz ETTELAAT idarəsində 24 gün saxlanıldıqdan sonra 2013-cü ilı yanvarın 24-də Təbrizin mərkəzi zindanının karantin bölümünə intiqal edilib.


Daha bir məlumata görə, Fəzli iki gün karantin bölümündə saxlanıldıqdan sonra zindanın karqah bölümünə köçürülüb.
Bu xəbər oxucular tərəfindən 594 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed