18.04.2023 [10:10] - Siyasət
Bu gün tarix boyu Ermənistanın Azərbaycana qarşı kəskin nifrət zəminində həyata keçirdiyi soyqırımı siyasətinin davamı olaraq 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş qətliamdan 30 il ötür.
Ombudsman Aparatından verilən məlumata görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Başlıbel qətliamının 30-cu ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə müraciətində deyilir.
"İnsanlıq əleyhinə yönəlmiş bu qanlı soyqırımı cinayəti nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi müxtəlif ağır işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilmiş, hətta bəziləri diri-diri yandırılmışdır. Eyni zamanda kənd sakinləri arasında girov götürülənlər də olmuş və bugünədək itkin düşmüş hesab olunan həmin şəxslərin taleyi barədə heç bir məlumat yoxdur.
Bir daha dünya ictimaiyyətinə müraciət edərək, dinc azərbaycanlılara qarşı çoxsaylı cinayət əməllərini, o cümlədən Başlıbel qətliamını törətməklə fundamental insan hüquqlarının kobud şəkildə pozulmasında təqsirkar olan Ermənistan tərəfinin tezliklə beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi ilə bağlı qəti addımların atılmasını tələb edirik", - deyə müraciətdə qeyd edilib.

Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |