18.04.2023 [10:24] - Xəbərlər, Gündəm, İqtisadiyyat
2023-ci ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 8 milyard 290,0 milyon manat, xərcləri 6 milyard 566,9 milyon manat olub, 1 milyard 723,1 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 343,0 milyon manat və ya 24,9 faiz çoxdur.
Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Dövlət Neft Fondundan transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 131,9 faiz icra edilməklə 6714,0 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki illərlə müqayisədə ilk dəfə olaraq 147,1 milyon manat olmaqla dövlət büdcəsində profisitin qeydə alınması deməkdir.
Dövlət büdcəsinin gəlirləri. 2023-cü ilin I rübü üzrə dövlət büdcəsinin gəlirləri 7908,8 milyon manat proqnoza qarşı 8290,0 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 381,2 min manat və ya 4,8 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 18,3 faiz və ya 1280,4 milyon manat çoxdur.
Hesabat dövründə icrası təmin edilmiş gəlirlər cari ilin dövlət büdcəsi gəlirlərinin 26,9 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz bəndi çoxdur.
2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin daxilolmalarının 4899,5 milyon manatı və ya 59,1 faizi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 1576,0 milyon manatı və ya 19,0 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1545,0 milyon manatı və ya 18,6 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin daxilolmaların, 198,4 milyon manatı və ya 2,4 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 63,2 milyon manatı və ya 0,8 faizi sair daxilolmaların, 7,9 milyon manatı və ya 0,1 faizi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin payına düşür.

Bu xəbər oxucular tərəfindən 1103 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |