25.04.2023 [11:44] - Xəbərlər, Gündəm, Siyasət
Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin yaradılması qanuni olduğu qədər zəruri idi.
Bunu açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, separatçıların Laçın-Xankəndi yolundan sui-istifadə etməsi Azərbaycana başqa seçim şansı qoymadı: “Məlumdur ki, separatçılar uzun müddət Laçın-Xankəndi yolundan hərbi məqsədlər üçün istifadə edir, bu yol vasitəsilə Xankəndiyə canlı qüvvə, silah-sursat, mina və s. daşıyırdılar. Azərbaycan baş verənlərlə bağlı dəfələrlə həm Ermənistana, həm də beynəlxalq təşkilatlarla öz narahatlığını ifadə etmiş, bu cür halların yolverilməz olduğunu vurğulamışdı. Rəsmi Bakı bəyan etmişdi ki, separatçıların sürətlə silahlanmaq cəhdləri regionda vəziyyətin mürəkkəbləşməsi, hərbi toqquşma riskinin ciddi şəkildə artması deməkdir. Ən əsası, bütün bunların 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatına zidd olduğu bütün tərəflərin diqqətinə çatdırılmış, ancaq təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, Rusiya sülhməramlıları və digər güclər tərəfindən problemin həlli istiqamətində heç bir addım atılmamışdır. Məhz bu səbəbdən də Azərbaycan Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsi yaratmaqla yola tam nəzarəti təmin etmək məcburiyyəti qarşısında qaldı”.
Polkovnik qeyd edib ki, Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin yaradılması suveren hüquqlarımızın qorunması, təhlükəsizliyimizin təmini istiqamətində atılan mühüm, tarixi addımlardan biridir. “Bu addım dövlətimizin təhlükəsizlik məsələsində kimsəyə güzəştə getmədiyini, öz suveren hüquqlarının tam şəkildə bərpası üçün sona qədər iradə sərgiləməyə qadir olduğunu göstərdi. Başlıcası, rəsmi Bakı Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsi yaratmaqla sübut etdi ki, Azərbaycan sadəcə öz təhlükəsizliyni deyil, həm də regional təhlükəsizliyi təkbaşına təmin etməyə qadirdir və bunun üçün kifayət qədər gücü var”, - deyə C.Xəlilov vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |