Şrift:
Qazaxıstanda baş verən təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı da var
29.01.2013 [16:50] - Xəbərlər, Hadisə
Əkrəm Nizamovun hansı ölkənin vətəndaşı olduğu dəqiqləşdirilir
Qazaxıstanda baş verən təyyarə qəzasında həlak olanlar arasında Əkrəm Nizamov adlı azərbaycanlı da var. Bu barədə APA-ya Azərbaycanın Qazaxıstandakı səfirliyindən məlumat verilib. Səfirlikdən bildiriblər ki, həlak olanlar barədə məlumat Astana şəhər nəqliyyat prokurorluğundan verilib. Qəzada dünyasının dəyişən azərbaycanlının vətəndaşlığı dəqiqləşdirilir.

Qeyd edək ki, bu gün Qazaxıstanda “SCAT” aviaşirkətinə məxsus olan, Kokçetau-Almata reysini həyata keçirən təyyarə qəzaya uğrayıb. Təyyarədə olan 21 nəfərin hamısı həlak olub. Qəzanın Almatıda hava şəraitinin dumanlı olması səbəbindən baş verdiyi ehtimal edilir.
Bu xəbər oxucular tərəfindən 1026 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed