Şrift:
Milli Məclisin İntizam Komissiyası deputat Vahid Əhmədovla bağlı məsələni müzakirə edəcək
25.04.2023 [11:52] - Siyasət
Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı dövlət əleyhinə səsləndirdiyi qərəzli fikirləri ilə bağlı məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılacaq.

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında tapşırıq verib. “İntizam Komissiyası bu məsələ ilə məşğul olsun”, - deyə S.Qafarova bildirib.

Qeyd edək ki, deputatlar Vahid Əhmədovun fikirlərini sərt tənqid edib və məsələyə İntizam Komissiyasında baxılmasını istəyiblər.
Bu xəbər oxucular tərəfindən 759 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed