25.04.2023 [11:58] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamalarını tarixi reallıqları təhrif etmək cəhdi adlandırıb.
Bu barədə Türkiyə XİN rəhbəri özünün "Twitter" səhifəsində yazıb.
"Tarixi təhrif etməyə çalışan şarlatanlar yenidən siyasi səhnəyə çıxırlar! Siyasi bəyanatlar tarixi reallıqları dəyişməyəcək... Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil", - deyə M.Çavuşoğlu bildirib.
Bundan əvvəl Ağ Evin rəhbəri 1915-ci il hadisələri ilə bağlı açıqlamasında “soyqırım” ifadəsindən istifadə edib.
Xatırladaq ki, Ermənistan və erməni lobbisi Türkiyənin sələfi olan Osmanlı İmperiyasının 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı “soyqırım” törətdiyini iddia edir. Ankara dəfələrlə Ermənistanı arxivləri açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Amma Ermənistan hələ də Türkiyənin təklifinə cavab verməyib, çünki bu, ilk növbədə, onlar tərəfindən uydurulmuş və bilərəkdən saxtalaşdırılan hekayədir.

Bu xəbər oxucular tərəfindən 1706 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |