Şrift:
Akar: Moskvadakı dördtərəfli görüş regionda sülh və sabitliyə ciddi töhfələr verəcək
26.04.2023 [10:53] - Türk dünyası-Turan
Moskvada müsbət atmosferdə keçirilən dördtərəfli görüş gələcək fəaliyyətə, regionda sülh və sabitliyə ciddi töhfələr verəcək.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir suriyalı məcburi köçkünlərin evlərinə qayıtması məqsədilə görülən işləri vurğulayıb: “Suriyalı qardaş və bacılarımızın könüllü olaraq evlərinə və torpaqlarına qayıtmasını təmin etməyi hədəfləyirik”.

“Biz terror bəlasından tez bir zamanda xilas olmaq, ölkəmizin, sərhədlərimizin, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, bölgəyə sülh, sabitlik və əmin-amanlıq gətirmək üçün çalışırıq”, - Akar əlavə edib.
Bu xəbər oxucular tərəfindən 1811 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed