Şrift:
Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub
27.04.2023 [10:19] - Gündəm, Siyasət
Aprelin 26-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozerov arasında görüş keçirilib.

ADY-dən bildirilib ki, görüşdə iki ölkə arasında tranzit yük daşımaları sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə, “Şimal-Cənub” marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub.

Görüşdə müvafiq marşrutun rəqabətə davamlılığı və əlavə yük həcmlərinin cəlb olunması barədə geniş fikir mübadiləsi aparılıb. O cümlədən iki ölkə arasında tranzit vaxtının optimallaşdırılması, sənəd dövriyyəsinin elektronlaşdırılması və marşrutlar üzrə əməliyyatların sinxronlaşdırılması ilə bağlı təkliflər planı geniş müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 730 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed