Şrift:
Azərbaycan Ordusunun daha bir əsgəri xəstəlikdən ölüb
01.11.2011 [17:12] - Gündəm
Azərbaycan Ordusunun əsgəri vəfat edib. Hadisə Müdafiə Nazirliyinin Bərdədə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Milli Ordunun əsgəri, 1993-cü il təvəllüdlü Azər Akif oğlu Abbaszadə xəstəlikdən dünyasını dəyişib. Əsgər kəskin krupoz pnevmoniya və daxili orqanlara qansızmadan vəfat edib.

Qeyd edək ki, A. Abbaszadə 2011-ci ildə Biləsuvar Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Xatırladaq ki, bu, son iki gündə Azərbaycan Ordusunda xəstəlikdən 3-cü əsgər ölümüdür.
Bu xəbər oxucular tərəfindən 1186 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed