Şrift:
Azərbaycan neftinin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
27.04.2023 [10:23] - İqtisadiyyat
Aprelin 26-da İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,38 dollar ucuzlaşaraq 84,02 dollar olub.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər veririk.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,36 dollar ucuzlaşaraq 82,55 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,71 dollar bahalaşaraq 55,36 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti aprelin 26-da 0,28 dollar ucuzlaşaraq 82,19 dollar olub.
Bu xəbər oxucular tərəfindən 1098 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed