Şrift:
Fərəc Quliyev:Qışa qədər Qarabağda fərqli mənzərənin şahidi olacağıq
28.04.2023 [09:43] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Qışa qədər Qarabağda fərqli mənzərənin şahidi olacağıq”.

Bu fikri Azərbaycan tərəfinin sərhəd problemini həll etdikdən sonra Qarabağla bağlı atacağı addımları dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Fərəc Quliyev bildirib ki, Qarabağ münaqişəsi bitib:

“Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurmasından sonra hadisə hay-küyə səbəb oldu. ABŞ, Fransa və digər ölkələr narahat oldular. Təbii ki, bu məntiqsiz yanaşma idi. ABŞ Meksika ilə sərhədə divar hörür. Azərbaycan desə ki, hörmə, buna gülərdirlər. Çünki o məsələ dövlətin daxili işidir. Bu da Azərbaycanın daxili işidir. Azərbaycan görməli olduğu işi qansız yekunlaşdırdı.

Qarabağ münaqişəsi yoxdur. Sadəcə oradakı erməni əhalisinin Azərbaycana inteqrasiya olunması məsələsi var. Hesab edirəm ki, bu da getdikcə rahat şəkildə həll olunacaq. Orada bir nəfəslik var idi. Onlar düşünürdü ki, istədiklərinə çatacaqlar.

Ermənilər arxalandıqları dayılarının da güclərinin olmadığının fərqindədirlər. Bir çox ailələr oradan köçüb getdilər. Onlar başa düşür ki, ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da köçüb getməlidirlər. Qışa qədər Qarabağda fərqli mənzərənin şahidi olacağıq. Azərbaycandan başqa Azərbaycan əhalisinə heç kim sahib çıxmayacaq. Sərhədin bağlanması dinc ermənilərə daha çox sərf edir. Onlar girov kimi yaşamaqdan qurtulurlar. Onları qalxan kimi qabağa vermişdilər, istifadə edirdilər. Azərbaycan çalışacaq ki, bu məsələni də dinc yolla həll etsin. Bu məsələnin bir yerə qədər həddi var. Bir-iki çağırışdan sonra buna cavab verilməzsə, separatçılığa qarşı hansı güc tətbiq olunubsa, elə güc tətbiq olunacaq”.

Səxavət Məmməd/yenicag.az
Bu xəbər oxucular tərəfindən 1090 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed