28.04.2023 [09:49] - Xəbərlər, Gündəm, Siyasət
Aprelin 27-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, parlament sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli gündəliyə 16 məsələnin daxil edildiyini deyib.
Parlament sədrinin birinci müavini gündəliyin əsas məsələsinin Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) olduğunu diqqətə çatdıraraq məcəlləyə təklif olunan dəyişikliklərin əsas mahiyyətini açıqlayıb. Qanun layihəsini Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilən məhkəmə-hüquq islahatlarının tərkib hissəsi olan vəkillik təsisatının möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım kimi xarakterizə edən Əli Hüseynli sənəddə Məcəlləyə təklif olunan 67-1 saylı yeni maddənin vəkilin prosesdə dövlət hesabına iştirakını tənzimlədiyini bildirib. Əli Hüseynli məsələ ilə bağlı daha ətraflı məlumat vermək üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırova söz verib.
Anar Bağırov əvvəlcə deputatlara son illər Vəkillər Kollegiyasında həyata keçirilən islahatların uğurlu nəticələrindən, qarşıda dayanan məsələlərdən bəhs edib. O, Vəkillər Kollegiyası tərəfindən vətəndaşlara ödənişsiz hüquqi yardımın göstərildiyi aksiyalardan söz açıb, belə aksiyaların təşkilində Milli Məclisin dövlət qurumları içərisində xüsusi fərqləndiyini bildirib.
O, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamında insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının əhəmiyyətinin xüsusi vurğulandığını qeyd edib. Qeyd edilib ki, müzakirəyə çıxarılan qanun layihəsi də ədalət mühakiməsi prosesini sürətləndirmək, dövlət tərəfindən əhalinin az təminatlı, sosial müdafiəyə xüsusi ehtiyacı olan və digər həssas təbəqələrinin məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi məqsədilə hazırlanıb. Vəkillər Kollegiyasının sədri yuxarıda qeyd olunan şəxslərin məcəlləyə təklif olunan yeni 67-1-ci maddəyə əsasən, dövlət hesabına vəkillə təmin olunması halları barədə məlumat verib.
Layihənin müzakirəsində çıxış edən deputatlar Tahir Kərimli, Elşən Musayev, Bəhruz Məhərrəmov sənəddə təklif olunan dəyişikliyin sosial əhəmiyyətindən, mütərəqqi xarakter daşımasından söz açıblar, bununla bağlı fikirlərini bildiriblər.
Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra komitədə birinci oxunuşda olan növbəti 7 məsələ - termin və anlayışların “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğunlaşdırmaq məqsədilə hazırlanan “İctimai iştirakçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə, bələdiyyə torpaqlarının bərpa olunan enerji mənbələrinin mülkiyyətinə və ya icarəsinə müsabiqə və hərrac keçirilmədən verilməsini nəzərdə tutan Torpaq Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Energetika haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, həmçinin “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə, himayədar ailə institutunun tətbiqi, habelə valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisəyə yerləşdirmə prosesinin təkmilləşdirilməsi və bioloji ailələrinə qaytarılması məsələlərinin hüquqi tənzimlənməsini özündə ehtiva edən Mülki Məcəllədə dəyişiklik edilməsi barədə, o cümlədən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda dəyişiklik edilməsi barədə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlik institutunun fəaliyyətinin təmin edilməsi məqsədi ilə əlaqədar təsis edilən yeni vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna uyğun olaraq təsnifləşdirilməsi üçün hazırlanan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə və yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının daha səmərəli qorunmasını təmin etmək məqsədilə hazırlanan “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilərək birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda, həmçinin üçüncü oxunuşda olan qalan 8 qanun layihəsi - “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə, Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Notariat haqqında” Qanunda dəyişiklik edilməsi barədə, Mülki, Mülki Prosessual məcəllələrdə, “Notariat haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, həmçinin İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də nəzərdən keçirilib.
Bu sənədlər də üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bu xəbər oxucular tərəfindən 805 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |