11.05.2023 [13:45] - Sağlıq
Protein əzələ kütləsinin inkişafı və böyüməsi üçün vacib qida əlavəsidir. Onun tərkibində karbon, hidrogen, oksigen və kükürd kimi təbii birləşmələr var. Həmin qida vasitəsi orqanizmdəki enerjini təmin edir, hüceyrələrə və bədəndəki əzələlərə təsir göstərir.
Qida mütəxəssisi Məhsəti Hüseynovanın dediyinə görə, proteinin miqdarı hər orqanizmə görə fərlidir: “Onu elə normada qəbul etmək lazımdır ki, əks təsirlərlə üzləşməyəsən. Ümumi standartlara uyğun götürsək, hər kiloqram bədən çəkisinə görə 1-1,5 qram zülal qəbul edə bilərlər. Ancaq bəzən idmançılar, fiziki işlə məşğul olanlar, ağır işdə çalışanlar hər kiloqram bədən çəkisinə görə 2 qram zülal qəbul edirlər. Həmin normaya əməl etməklə orqanizmə lazım olan faydalı zülal miqdarını təmin etmək olar”.
Bəzi idmançılar təbii deyil, süni, yəni toz halında olan proteinlərdən istifadə edirlər. Mütəxəssislər həmin qidaların mənfi təsiri olmadığını deyirlər. Hətta mədə əməliyyatı olanlara və yaxşı qidalanmayanlara protein tozu məsləhət görülür. Ancaq söhbət tam keyfiyyətli və sertifikatlı qida əlavələrindən gedir.
“Bu zaman çox diqqətli olmaq lazımdır, çünki onların əksər hissəsinin tərkibində soya tərkibli geni dəyişdirilmiş zülallardan istifadə olunur və onlar orqanizmdə demək olar ki, mənimsənilmir. Müəyyən olunmuş miqdarı aşanda qida zəhərlənmələri kimi təhlükələrə səbəb ola bilər. Eyni zamanda qidalarla zülal miqdarının çox qəbul olunması sağlamlıq üçün zərərli ola bilər”, - deyə qida mütəxəssisi əlavə edib.
Doğrudur, qəbul edilən proteinlə lazımi maddələri əldə etmək mümkündür, lakin unutmaq olmaz ki, arzu edilən bədən quruluşuna sahib olmaq düzgün qidalanmadan və məşqin keyfiyyətindən də asılıdır.

Bu xəbər oxucular tərəfindən 6094 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |