Şrift:
Slovakiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının ilk iclasının vaxtı bilinib
11.05.2023 [14:03] - Gündəm, Siyasət
2021-ci ilin oktyabrında Slovakiyanın Xarici və Avropa işləri naziri İvan Korçokun rəsmi səfəri zamanı iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb və onun əsasında bu ilin iyun ayında Bakıda İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək.

Bu sözləri Slovakiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Milan Layçak müsahibəsi zamanı deyib.

Səfir bunun ölkələrimizin ticarət və investisiya potensialının tədqiqi üçün mühüm addım kimi qiymətləndirib: “Çünki Hökumətlərarası Komissiya iqtisadi əməkdaşlığın əsas vektorlarını araşdırmaq və ümumi maraqların konkret sahələrini müəyyən etmək üçün faydalı alətdir. İqtisadi əlaqələrin dəstəklənməsinə aid digər saziş ikiqat vergitutmadan yayınma müqaviləsidir. Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovun bu ilin iyununda Slovakiyaya planlaşdırılan rəsmi səfəri zamanı bu sazişin imzalanması üçün biz əlimizdən gələni edirik”.
Bu xəbər oxucular tərəfindən 504 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed