30.01.2013 [10:43] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət
İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində Azərbaycan musiqisinə həsr olunmuş üçgünlük konsert keçirilir.
Təbrizə fəaliyyət göstərən “Dalğa” musiqi qrupu Azərbaycan milli musiqisinin təbliği məqsədilə hər il ənənəvi olaraq konsert proqramı ilə çıxış edir.
Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri, aşıq musiqisi və muğam ifa olunur. Təbrizdə yaşayan soydaşlarımızdan daxil olan məlumata görə, dünən başlayan konsert daha 2 gün davam edəcək. Konsertin bütün biletləri qısa müddətdə satılıb qurtarıb. Hətta dünən 200 nəfərə yaxın insan bilet tapa bilmədiyi üçün zala daxil ola bilməyib.

Bu xəbər oxucular tərəfindən 949 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |