12.05.2023 [13:47] - Gündəm, Siyasət
Azərbaycan-Latviya hökumətlərarası komissiyanın növbəti iclasının Bakıda keçiriləcəyi gözlənilir.
Latviya Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, hazırda tərəflər konkret vaxtı razılaşdırırlar.
"Şadıq ki, 2022-ci ilin mayında uzunmüddətli fasilədən sonra hökumətlərarası komissiyanın əyani görüşünü təşkil etməyə nail olduq. Görüş zamanı əməkdaşlıq haqqında 8-ci protokol imzalanıb. Sənəddə əməkdaşlığın prioritet istiqamətlərinə dair aydın görüşlər əks olunub. Riqada baş tutan əvvəlki görüş həm də Azərbaycan nümayəndə heyətinin Latviya şirkətlərinin xüsusən "yaşıl" enerji və bərpa olunan enerji mənbələri kimi sahələrdə fəaliyyəti barədə təsəvvür əldə etməsinə imkan yaratdı", - nazirliyin məlumatında deyilir.
Eyni zamanda qurumdan bildirildiyi kimi, iki ölkənin işgüzar icmaları əməkdaşlığın gələcək inkişafı üzərində aktiv şəkildə çalışırlar.
"Latviya ticarət-sənaye palatası 2023-2026-cı illər üzrə "LEF şəbəkə Azərbaycan" layihəsində estoniyalı və finlandiyalı tərəfdaşlarla birgə aparıcı tərəfdir. Layihə çərçivəsində bu ilin martında qarşılıqlı ticarət missiyaları və biznes forumları kimi ilk reklam tədbirləri başlayıb. Nəqliyyat və logistika əməkdaşlığın daha bir sahəsidir. Milli aviaşirkətimiz olan "airBaltic" bu il mayın 17-də Riqa ilə Bakı arasında birbaşa reysləri bərpa edəcək. Bu ilin mart ayında Latviya Prezidentinin Latviya biznesmenlərinin nümayəndə heyəti ilə birlikdə Azərbaycana səfəri ölkənin biznes və əməkdaşlığın gələcək inkişafında maraqlı olduğunu təsdiqlədi", - deyə mənbədən əlavə ediblər.

Bu xəbər oxucular tərəfindən 503 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |