Şrift:
Yeni gəmilərə Qərbi Azərbaycan ərazilərinin adları veriləcək – “Göyçə” adı artıq təsdiqlənib
16.05.2023 [14:41] - Qərbi Azərbaycan-İrəvan
“Xəzər Dəniz Gəmiçiliyi” QSC-də yeni istehsal olunacaq gəmilərə Qərbi Azərbaycan ərazilərinin adlarının verilməsi ilə bağlı müzakirələr aparılıb, “Göyçə” adı artıq təsdiqlənib.

Bu barədə "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev “Bakı Gəmiqayırma Zavodu” MMC tərəfindən hazırlanan “Zəngilan” tankerinin suya salınması ilə bağlı keçirilən mərasimdə deyib.

O bildirib ki, “Bakı Gəmiqayırma Zavodu" artıq dördüncü tankeri suya salır və Gəmiçiliyə təhvil verəcək: “Hazırda zavodda "Zəngilan" gəmisi ilə bərabər, “Ro-Pax” tipli “Azərbaycan”, “Zərifə Əliyeva” gəmilərinin inşası davam etdirilir. "Bakı Gəmiqayırma Zavodu" ilə bir neçə gəminin inşası ilə bağlı kommersiya danışıqları da aparılır. Ümid edirəm ki, yaxın vaxtlarda bu danışıqlar başa çatacaq və müqavilələr imzalanacaq", - deyə R.Vəliyev qeyd edib.
Bu xəbər oxucular tərəfindən 8910 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed