30.01.2013 [11:24] - Xəbərlər, Sosial
Kamran Əliyev: “Radarlar sürücülərin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır”
Son zamanlar ölkəmizdə yol hərəkətinin təhlükəsizliyini təmin etməli olan radarlarla bağlı ciddi yaşanırdı. Belə ki, yollarımızda hətta dəmir çəllək içində belə radarlara rast gəlirdik. Lakin indi bu hallar o qədər də dəbdə deyil. İndi yollarımızda müasir radarlar, qanun çərçivəsində quraşdırılır. Bu radarların çoxuna el arasında “ağıllı radar”lar deyilir.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Kamran Əliyev də radarların sürücülərin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşdığını qeyd edib. Onun sözlərinə görə, radarlar quraşdırıldıqdan sonda sürət həddinin aşılması hallarının azalması müşahidə olunur. Kamran Əliyevin bildirdiyinə görə, radarların tətbiqindən çəkinən sürücülər intizamsız sürücülərdir: “Sürət həddi müəyyən edilibsə, nəqliyyat vasitəsini ondan yüksək idarə etmək olmaz. İntizamlı sürücü heç vaxt radarın harada olmasından çəkinmir. Çünki o, nəqliyyat vasitəsinin sürətini müəyyən olunmuş həddən yüksəyə qaldırmır və qaydanı da pozmur”. Qeyd edək ki, ötən il yollarımızda qəza nəticəsində 1168 nəfər ölüb.
Yollarda radarların sayının artırılmasının sürücülər üçün ümumi mənada mühüm əhəmiyyət daşıyan bir faydası da oldu: magistral yollarımızda sürət həddi artırıldı. Məsələn, Qaradağ yolundan Qobustan qəsəbəsinə, Qobustan qəsəbəsindən Hacıqabula qədər, Ələt-Astara yolunun 0-31-ci km-də və Bakı-Quba yolunda nəqliyyatın hərəkət sürəti 110 km/saata qədər artırılıb. Radar mövzusu bu gün hər bir sürücünü maraqlandırır. Əvvəllər bununla bağlı davamlı olaraq sürücü-yol polisi qalmaqalı yaşanırdı. Sürücülər radarların qanunsuz olduğunu, yol polisləri isə bunun əksini iddia edirdilər. Ancaq indi bu vəziyyət müəyyən qədər səngiyib. Necə deyərlər, daha əvvəlki kimi, hər tin başında, dəmir çəllək içində, uzunqulaq belində radarlara rast gəlmirik. Gəlsək də belə, bu, o qədər də yayğın deyil. İndi yollarımızda müasir radarlar, qanun çərçivəsində quraşdırılır. Bu radarların çoxuna el arasında “ağıllı radar”lar deyilir. Məlumat üçün onu da əlavə edək ki, qanunvericiliyə olunmuş dəyişikliyə əsasən, yollarda quraşdırılmış radarlar barədə öncədən müvafiq məlumat verilir, yəni bu barədə lövhələr quraşdırılır. Ölkəmizdə qəzaların sayının artması artıq rəsmi səviyyədə narahatlıq doğurur. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi məlumatına görə, ötən il 2892 yol qəzası baş verib. Bu qəzalar nəticəsində 1168 nəfər dünyasını dəyişib, 2997 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisələrin 874-ü sürət həddini aşmaya görə baş verib. Qəzalarda 79 uşaq dünyasını dəyişib, 235-i isə yaralanıb. Onu da əlavə edək ki, ölkəmizdə ən çox yol qəzaları və insan tələfatı 1991-ci ildə qeydə alınıb. Həmin il respublika ərazisində baş verən 3336 yol qəzasında 1281 nəfər dünyasını dəyişib. Ən az yol qəzası 1999-2000-ci illərdə baş verib. 1999-cu ildə baş verən 1996 hadisədə 554 nəfər, 2000-ci ildə baş verən 1987 hadisədə isə 596 nəfər dünyasını dəyişib. Yollarda radarların sayının artırılmasının sürücülər üçün ümumi mənada mühüm əhəmiyyət daşıyan bir faydası da oldu: magistral yollarımızda sürət həddi artırıldı. Məsələn, Qaradağ yolundan Qobustan qəsəbəsinə, Qobustan qəsəbəsindən Hacıqabula qədər, Ələt-Astara yolunun 0-31-ci km-də və Bakı-Quba yolunda nəqliyyatın hərəkət sürəti 110 km/saata qədər artırılıb. Həmin yollarda hərəkət sürəti 90 km/saat idi. Bundan əlavə, Bakının bəzi yollarında da sürət həddi artırılıb. Aeroport şosesinin davamı olan və Bakı dairəvi yolunun bir hissəsi sayılan Mərdəkan dairəsi - Buzovna qəsəbəsi - Zuğulba - Bilgəh yolunda avtomobilin saatda 120 km/saatla idarə edilə bilməsi ilə bağlı elektron lövhələr quraşdırılıb. Azərbaycan qanunlarına əsasən isə, sürücülər nəqliyyat vasitəsini təyin olunmuş sürət həddini 10 km/saata qədər aşdıqda məsuliyyətə cəlb edilmirlər. Bu isə həmin yollarda saatda 130 kilometr sürətədək avtomobil idarə etməyə imkan verir. Baş Dövlət Yol Polisi İdarəsində hesab edirlər ki, bu, həmin yollarda ən optimal sürətdir. Həmin yollarda keyfiyyətin standartlara cavab verməsi, yollarda təhlükəsizlik baxımından lazımi şəraitin yaradılması yolların dəmirlə çəpərlənməsi, kəsişmələrin mövcud olmaması sürət həddinin artırılmasına imkan verir. Gələcəkdə digər yollarımızda da sürət həddinin artırılması planlaşdırılır. Yollarda radarların əhəmiyyətinə gəlincə, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Kamran Əliyev hesab edir ki, radarlar sürücülərin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, radarlar sürət həddinin aşılması hallarının azalmasına səbəb olur. Ümumilikdə, bunun nəticəsində təxminən sürət həddinin aşılması halları 20 faiz azalıb. K.Əliyev qeyd etdi ki, radarların tətbiqindən çəkinən sürücülər intizamsız sürücülərdir: “Sürət həddi müəyyən edilibsə, nəqliyyat vasitəsini ondan yüksək idarə etmək olmaz. İntizamlı sürücü heç vaxt radarın harada olmasından çəkinmir. Çünki o, nəqliyyat vasitəsini müəyyən olunmuş həddən artıq idarə etmir və qaydanı da pozmur”.
Şöbə müdirinin dediyinə görə, hətta patrul avtomobillərinin içində də quraşdırılan xüsusi radarlar var ki, həmin radarlar nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman qarşıdan gələn və ya onun qarşısında gedən avtomobilin sürət həddini müəyyən edə bilər. Biz də o fikirdəyik ki, yollarda sürət həddinin artırılması, məsələn, saatda 110 kilometr müəyyənləşdirilməsi yaxşı göstəricidir. Saatda 110 kilometr sürət həddi çox yüksək olmasa da, az da deyil.
Günel CƏLİLOVA

Bu xəbər oxucular tərəfindən 1131 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |