17.05.2023 [14:17] - Gündəm, Sağlıq
Akademik M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 17 May Ümumdünya Arterial Hipertenziya ilə Mübarizə Gününə həsr olunan elmi-praktiki konfrans keçirilib.
Konfransda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi nümayəndələri, Respublika Klinik Xəstəxanasının rəhbərliyi və işçiləri iştirak ediblər. Tədbirdə Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov Ümumdünya Hipertenziya ilə Mübarizə Gününün beynəlxalq aləmdə qeyd olunmasını çox gözəl addım kimi vurğulayıb: “Artıq 2006-cı ildən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən mayın 17-si Ümumdünya Hipertoniya ilə Mübarizə Günü kimi qeyd olunur. Dünyada arterial hipertoniyadan 1,5 milyard insan əziyyət çəkir və onların demək olar ki, yarısının öz xəstəliyindən xəbəri yoxdur. Bunu nəzərə alaraq, xəstəliklə mübarizədə mühüm rol oynayan profilaktik tədbirlər, eyni zamanda xəstəliyin diaqnostika və müalicəsinə dair maarifləndirici tədbirlər görmək çox önəmlidir.
Bir çox ölkələrdə 60 yaşından yuxarı olan əhalinin 50 faizdən çoxu yüksək arterial təzyiqə malikdir. Hipertoniyadan əziyyət çəkənlərin üçdə biri müalicə alır və onlardan təxminən 12 faizi tibbi nəzarət altındadır, xəstələrin təxminən 45 faizi isə arterial təzyiqinin yüksək olduğundan xəbərsizdir”.
Daha sonra konfransda Respublika Klinik Xəstəxanasının Kardiologiya şöbəsinin müdiri Nofəl Quliyev bildirib ki, arterial hipertenziya səssiz qatildir. Uzun illər simptomatika olmadan da belə həyati vacib orqanlarda əvvəlcə geri dönən, daha sonra isə geri dönməyən dəyişikliklər yaradır ki, bu da öz növbəsində müxtəlif ağırlaşmalara səbəb olur. Düzgün toplanmış ürək-damar anamnezi, fiziki müayinə və laborator-instrumental diaqnostik metodlar ilə arterial hipertenziyanın etiologiyasını müəyyənləşdirmək mümkündür.
Konfrans Respublika Klinik Xəstəxanasının Kardiologiya şöbəsinin kardioloqları Mehriban İsgəndər və Aytən Musayevanın məruzələri ilə davam edib.
Sonda isə dinlənilən məruzələrin müzakirəsi ilə tədbir yekunlaşıb.

Bu xəbər oxucular tərəfindən 6265 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |