Şrift:
“Hizbullah” Azərbaycanın Təbrizdəki baş konsulluğunun fəaliyyətini dayandıracağı ilə hədələyib
01.11.2011 [17:14] - Güney Azərbaycan-Təbriz
Azərbaycanın Təbrizdəki baş konsulluğunun binası qarşısında noyabrın 4-də etiraz aksiyası keçiriləcək

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunun binası qarşısında noyabrın 4-də etiraz aksiyası keçiriləcək.

İran KİV-nin verdiyi məlumata görə, bu barədə “Hizbullah”ın İran qolu olan “Hizbullah Ənsarı” Təşkilatının Təbriz nümayəndəliyinin baş katibi Höccətülislam Ruhulla Becani bildirib.

Becani deyib ki, Təbriz gəncləri sionizmin istiqaməti ilə icra olunan Azərbaycan Respublikasının anti-islami siyasətlərinə etiraz olaraq bu respublikanın Təbrizdəki baş konsulluğunun fəaliyyətini dayandıracaq, işçilərini binadan çıxaracaqlar: “Alim və böyük şəxsiyyətlər indiyə qədər bu işi qadağan etmişdilər və ümid edirdilər ki, Azərbaycan Respublikası rəsmiləri bu anti-islami hərəkətlərdən əl çəkəcək, bu addımlarından çəkinəcəklər”.
Bu xəbər oxucular tərəfindən 1356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed