19.05.2023 [12:00] - Gündəm, Siyasət
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Rusiya Federasiyasının Kazan şəhərində keçirilən “Rusiya və İslam Dünyası: Davamlı İnkişaf və İqtisadi Rifah naminə media əməkdaşlığı” adlı beynəlxalq media konfransında təşkilata üzv dövlətlərin media qurumları və beynəlxalq jurnalist təşkilatları arasında daha fəal əlaqələrin qurulmasının zəruriliyini vurğulayıb.
Konfransda videoformatda çıxış edən İƏT İnformasiya departamentinin direktoru Vəcdi Əli Sindi qeyd edib: “Təşkilata üzv dövlətlərin və beynəlxalq medianın fəal əməkdaşlığı bir sıra yanlış xəbərlərin, qərəzli təbliğat materiallarının, xüsusən İslamofobiya ilə bağlı “informasiya çirkabı axınının” qarşısını almağa kömək edəcək”.
İƏT-in nümayəndəsi qeyd edib ki, təşkilatın İnformasiya departamenti bu məsələnin beynəlxalq tərəfdaşlarla əlaqələndirilməsi, digər fəal təşkilatlar və ölkələrlə birgə layihələrin həyata keçirilməsi üzrə səyləri davam etdirəcək və qlobal inkişaf məqsədlərinə xidmət etmək üçün daha çox əməkdaşlığa rəvac verən şərait yaratmağa töhfə verəcək.
Qeyd edək ki, İslam ölkələri media nümayəndələrinin iştirak etdikləri konfrans “Tat Media”, İslam Əməkdaşlıq Təşkilatının UNA Xəbər Agentlikləri Birliyi ilə birgə təşkil olunub.

Bu xəbər oxucular tərəfindən 404 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |