Şrift:
ATƏT PA-dakı Albaniya nümayəndəsi: “Yaşıl enerji”yə keçid ortaq hədəfdir
22.05.2023 [12:23] - Gündəm, İqtisadiyyat
“Yaşıl enerji”yə keçid ortaq hədəfdir, siyasi ideoloji fərqlərə baxmayaraq, ölkələr bu hədəf üzərində birgə işləyə bilər.

Bunu ATƏT PA-dakı Albaniya nümayəndə heyətinin rəhbəri, Albaniyanın keçmiş enerji naziri Damian Gjiknuri deyib.

O bildirib ki, Albaniya “yaşıl iqtisadiyyat” sahəsində uğurlu addımlar atıb. "Bu gün ölkənin enerjisinin 38 faizi bərpaolunan enerji mənbələrindən təmin olunur ki, bu da yaxşı göstəricidir. “Yaşıl enerji” ortaq hədəfdir, hesab edirəm ki, siyasi ideoloji fərqlərə baxmayaraq ölkələr bu hədəf üzərində birgə işləyə bilər", o vurğulayıb.

Albaniyalı rəsmi deyib ki, ATƏT PA bu sahədə əməkdaşlığı təşviq edə bilər.

Panel müzakirəsində Kanada nümayəndə heyətinin üzvü, Birminqemdə keçirilən ATƏT PA 29-cu illik sessiyasında qəbul olunmuş “yaşıl enerji”yə keçidin sürətləndirilməsi ilə bağlı qətnamənin müəllifi Con Aldaqda çıxış edib.

O, Kanadanın irəli sürdüyü hədəfləri yerinə yetirməsi ilə bağlı məsuliyyətini qeyd edib. Kanadalı parlamentari vurğulayıb ki, onun ölkəsi irəli sürülən dayanıqlı inkişafla bağlı hədəfləri həyata keçirmək üçün qanunvericilik və maliyyə sahəsində müəyyən addımlar atılıb.

Litva Seyminin spikerinin müavini Yonas Yarutis isə panel müzakirəsində çıxış edib. O, Litvanın enerji böhranının qarşısını almaq üçün atdığı addımlar, “yaşıl iqtisadiyyat”a keçidi sürətləndirmək üçün görülən işlər barədə məlumat verib
Bu xəbər oxucular tərəfindən 965 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed